Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sanksiyalara baxmayaraq, İranın neft ixracı 2022-ci ildə maksimuma çatıb

İran neftinin ixracı 2022-ci ilin son iki ayında yeni zirvələrə çatıb və ABŞ-ın sanksiyalarına baxmayaraq, 2023-cü ilin başlanğıcında Çin və Venesuelaya daha çox neft ixrac etmək əzmindədir...

PİAaz xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

Nəşr qeyd edir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə Barak Obama tərəfindən 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdıqdan sonra, İran hökumətinə neft ixracı ilə bağlı gəlirləri məhdudlaşdırmaq məqsədilə sanksiyaları bərpa etdikdən sonra Tehranın neft ixracı məhdudlaşdırılmışdı. Nüvə sazişini canlandırmaq istəyən prezident Co Baydenin dövründə isə İran neft ixracını artırıb və bəzi hesablamalara görə, 2019-cu ildən bəri ən yüksək həddə çatıb. Bu, nüvə danışıqlarının dayandırılmasına və endirimli Rusiya xam nefti ilə rəqabət kimi qarşıdurmalara baxmayaraq baş verir.

Enerji üzrə məsləhətçi şirkət SVB International dekabr ayında İranın xam neft ixracının orta hesabla sutkada 1,137 milyon barel olduğunu, noyabr ayı ilə müqayisədə isə sutkada 42,000 barel artdığını bildirir. SVB bunun 2022-ci il üçün ən yüksək göstərici olduğunu qeyd edir.

SVB-dən Sara Vaxşouri Reuters-ə bildirib ki, Tramp administrasiyası ilə müqayisədə, hazırda İranın neft ixracına qarşı heç bir ciddi təzyiq və ya tədbir görülməyib. Yanvarda da ixrac əvvəlki aylarda olduğu kimi güclü olub.

“Çin tələbatının azalması və Rusiyanın Çinə neft tədarükü İran üçün böyük problem yaradıb. İran neftinin böyük hissəsi hələ də Uzaq Şərqə və Çinə gedir. İran Venesuelaya da neft ixracatında yardım edir” deyə Sara Vaxşouri. Bildirir.

Ağ Evdə Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienn Uotson deyib ki, “Administrasiya sanksiyalara əməl olunmasını ciddi şəkildə izləyir və İranın hazırki makroiqtisadi göstəriciləri də bunu açıq şəkildə təsdiqləyir”.

“Biz İranın raket və dron ticarəti və xalqına qarşı insan haqları pozuntuları ilə bağlı sanksiyalardan yayınanlara qarşı tədbir görməkdən çəkinməmişik və bu məsələdə güzəştə getməyəcəyik”, deyə Uotson bildirib.

Qeyd edək ki, ABŞ Xəzinədarlıq Departamenti ötən ilin sonunda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli neft qaçaqmalçılığı şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib.

Neft tədarükü üzrə konsaltinq şirkəti olan “Petro-Logistics” həmçinin İran xam neft ixracında artım tendensiyası müşahidə etdiyini deyib. Onun fikrincə, bu ixracın dekabr ayında 2019-cu ilin martından bəri ən yüksək səviyyəyə çatıb.

Kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan “Kpler” firması İran xam neft ixracını noyabrda 1,23 milyon barel qiymətləndirib ki, bu da 2022-ci ilin avqustundan bəri ən yüksək göstəricidir və dekabrda sutkada 1 milyon barreldən bir qədər aşağı düşsə də, demək olar ki, 2019-cu ilin aprelindəki 1,27 milyon barellə bərabərdir.

İranın Neft Nazirliyi neft ixracl ilə bağlı Reuters Agentliyinin sorğusuna cavab verməyib. Yarı rəsmi “Fars” xəbər agentliyinin ötən həftə yaydığı məlumata görə, İranın dövlət büdcəsi layihəsi növbət ildə daha da yüksək olan 1,4 milyon barellik satışa hesablanır.

Qeyd edək ki, Çin İranın ən böyük müştərisidir. FGE də daxil olmaqla analitiklərin fikrincə, sanksiyalardan yayınmaq üçün İranın Çinə ixrac etdiyi xam neftin çoxu digər ölkələrdən xam neft kimi rebrendinq (yenidən markalaşdırma) edilir.

Xatırladaq ki, İran əvvəllər bəyan etmişdi ki, onun yüklərinin mənşəyini gizlətmək üçün sənədlər saxtalaşdırılır. Həmçinin, İran keçən il ABŞ-ın sanksiyaları altında olan Venesueladakı rolunu genişləndirərək, xammal nefti ixrac üçün hazırlamaq üçün yumşaldıcı maddəər göndərmişdi.

Çin İrandan ən çox neft alan ölkədir

İran neftinin ixracı ilə bağlı dəqiq rəqəm yoxdur və təxminlər çox vaxt geniş diapazonda olur. Tanker izləmə şirkətləri peyk məlumatları, liman yükləmə məlumatları və müxtəlif ölkələrin kəşfiyyatı da daxil olmaqla ixracı izləmək üçün müxtəlif üsullardan istifadə edirlər. İran ümumiyyətlə neft ixracı ilə bağlı rəqəmlər açıqlamır.

Başqa bir analitik şirkət “Vortexa”ya görə, Çinin dekabr ayında İrandan etdiyi neft idxalı əvvəlki illə müqayisədə 130% artaraq 1,2 milyon barellə yeni rekorda imza atıb.

Çin Xarici İşlər Nazirliyinin mətbuat departamenti Reuters-in sorğusuna cavab olaraq, Pekinin rekord həcmdə İran nefti alması ilə bağlı şərhə birbaşa toxunmadan bildirib ki, beynəlxalq hüquq çərçivəsində olan, Çin və İran arasında qanuni və ağlabatan əməkdaşlıq hörmətə və qorunub saxlanmağa layiqdir.

“Vortexa” bildirib ki, İran neftinə əsas rəqib olan Rusiyaya məxsus Urals neftinin tədarükü dekabr ayında Rusiya xam neftinin ixracına qoyulan qiymət həddi və Avropa İttifaqının qadağaları alıcılar üçün qeyri-müəyyənlik yaradıb və bu səbəbdən ixrac azalıb.

Nüvə sazişinə dair danışıqların canlandırılması İrana Cənubi Koreya və Avropa kimi keçmiş alıcılara satışı artırmağa imkan verəcək.

Qeyd edək ki, sentyabr ayından İranla ABŞ arasında nüvə saişi ilə bağlı danışıqlar dalana dirənib və Vaşinqtonun İran üzrə xüsusi nümayəndəsi noyabrda deyib ki, Tehranın nümayişçilərə qarşı sərt tədbirləri və Rusiyaya pilotsuz təyyarələrin satışı Vaşinqtonun diqqətini sazişdən yayındırıb.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ən çox oxunanalar