Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sanksiyalar Azərbaycanın Neft Fonduna da zərbə vuracaq”


ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları Azərbaycan Dövlət Neft Fonduna (DNF) da ziyan vuracaq


Virtualaz.org  saytı xəbər verir ki, bu haqda Britaniyanın nüfuzlu “The Financial Times” qəzetinin məqaləsində deyilir. Qəzet yazır ki, son sanksiyalar  xüsusən Rusiyanın korporativ bank sektoru üçün “dağıdıcı” olacaq.

Xəbər verildiyi kimi, ABŞ Maliyyə Nazirliyi artıq Rusiyanın üç bankına, o cümlədən Azərbaycanda filialı olan “Vneştorqbank”a (VTB) qarşı sanksiyaları rəsmən elan edib.

Avropa İttifaqının Rusiyaya qarşı iqtisadiyyatın bir sıra bütöv sektorlarına, o cümlədən maliyyə sektoruna sanksiyaları nəzərdə tutan paketi də sabahdan qüvvəyə minir. Bu paketə əsasən Rusiya banklarının və şirkətlərinin Qərbin kapital bazarına çıxışı məhdudlaşdırılır.

“The Financial Times”in yazdığına görə, sanksiyalar Rusiya iqtisadiyyatının iri kreditorlarına çevrilən, dövlətin nəzarətində olan  “Sberbank” və VTB-ni sarsıda bilər. Son illər bu banklar xarici və yerli  rəqiblərini bazardan sıxışdıraraq investisiya bankçılığından tutmuş istehlak kreditlərinin verilməsinə qədər bütün sahələrdə faktiki olaraq inhisarçıya çevriliblər.

Xarizmatik keçmiş iqtisadiyyat naziri German Qrefin rəhbərliyi altında “Sberbank” ötən 7 il ərzində Rusiya ilə yanaşı Mərkəzi və Şərqi Avropada, Türkiyədə filialları olan maliyyə təsisatına çevrilib. Bank Rusiyanın parakəndə depozitlərinin 40 faizinə və kredit portfelinin üçdə birinə malikdir.

“Sberbank” kimi VTB də 2008-ci ilin maliyyə böhranından sonra güclənib və orta ölçülü kreditorları bazardan sıxışdıraraq güclü komandası sayəsində Rusiyanın maliyyə sektorunun aparıcı oyunçularından birinə çevrilib.

Qəzet yazır ki, VTB Qərb investorlarının əhəmiyyətli bazasına da malikdir və onun səhmdarları arasında üç suveren fondu - Norveçin “İnvestment Management” bankını, Qətərin “Qatar İnvestment Authority” və Azərbaycan Dövlət Neft Fondunu göstərmək kifayətdir.

Bu fondlar ötən il VTB-nin 3,3 milyard dollarlıq səhm paketini alıblar və hər biri 3-3,75 faizlik paya malikdir (DNF VTB-nin səhmlərinə yarım milyard dollar yatırıb-red.) Rusiya hökuməti bankın səhmlərinin 60 faizinə nəzarət edir.

Qəzet yazır ki, iyulun 29-u axşama qədər Moskvanın bank çevrələrində ciddi təşviş hökm sürürdü və bankirlər kimin qara siyahıya düşəcəyini ciddi narahatlıq içində gözləyirdilər. VTB-nin parakəndə bizneslə məşğul olan törəmə müəssisəsi “VTB-24”ün sədri Mixail Zadornov ötən həftə deyib ki, o, “məlumatlı optimistdir” və inanır ki, VTB qrupu sanksiyalardan kənarda qalacaq.

VTB rəhbərliyinə yaxın digər mənbə isə deyib ki, istənilən sanksiyalar bankın iri səhmdarlarına - Norveçə, Qətərə və Azərbaycana da ziyan vuracaq.

“Prosperity Capital” fondundan investisiyalar üzrə müşavir Aleksandr Branis isə hesab edir ki, sanksiyalardan “Sberbank” daha az ziyan çəkəcək, çünki güclü depozit bazasına malikdir.

“VTB üçün isə bu daha mürəkkəb olacaq. Onun maliyyəsinin əsas hissəsi topdan kredit verən mənbələrdən daxil olur. Və onun biznesinin çox hissəsi Rusiyanın xaricindədir” - deyə o bildirib.

Rusiya hökuməti Qərbin sanksiyalarının əvəzini Çinlə iqtisadi-biznes münasibətlərini inkişaf etdirməklə çıxmağın mümkünlüyü haqda səs-küylü bəyanatlarına baxmayaraq Moskvada çoxları hesab edir ki, Çin bankları Rusiya şirkətlərinə Qərb bankları kimi uzunmüddətli və ucuz kreditlər vermək imkanında deyil. Ona görə də sanksiyalar bank sektorundan başlayaraq iqtisadiyyatın ən müxtəlif sahələrinə öz mənfi təsirini göstərəcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar