Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samuxda qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədilə profilaktiki-əməliyyat tədbirləri davam etdirilir...

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Füzuli, Alıuşağı kəndlərinin və Nəbiağalı qəsəbə sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı və kalibrli ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa Rayon Polis Şöbəsinə rayonun Nəbiağalı qəsəbəsindəki yol kənarında odlu silah olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib və bir ədəd "TOZ-16" markalı ov tüfəngi aşkar edilərək götürülüb

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Samux RPŞ-də müvafiq araşdırmalar aparılır.

Poliqon.info


Etiket: silah-sursat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar