Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda VI açıq respublika turniri keçirilib

Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə
yeniyetmələr arasında VI açıq respublika turniri keçirilib

Sentyabrın 29-da Şamaxı Olimpiya Mərkəzində Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə VI açıq respublika turniri keçirilmişdir.
Turnirdən əvvəl Heydər Əliyev Mərkəzində Oleq Krapivinin anadan olmasının ildönümü münasibətilə onunla görüş keçirilmişdir.

Əvvəlcə görüş iştirakçıları ulu öndər Heydər Əliyevin Şamaxının mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstələri düzmüşlər.
Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova ölkəmizdə idmana göstərilən dövlət qayğısı və şamaxılı idmançıların qazandığı nailiyyətlər barədə danışmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Gülnisə Ələkbərova Oleq Krapivinin idmanda qazandığı nailiyyətlərdən əlavə yüksək insani keyfiyyətləri barədə də məlumat vermişdir.

Oleq Krapivinin yeni nəsil güləşçilərin yetişməsində xüsusi rol oynadığını diqqətə çatdıran Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov Şamaxıda güləşçilərin yaxşı hazırlıq keçməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

Bildirib ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, idmanda, o cümlədən güləşdə inkişaf hiss olunur. Bütün bu uğurlar ölkədə aparılan uğurlu idman siyasətinin nəticəsidir. Respublikamız irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Bunlardan ilk Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 yarışlarını misal göstərmək olar.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev O.Krapivinin ölkədə güləşin inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirən N.Abdullayev pəhləvanlarımızın beynəlxalq arenada yüksək səviyyədə çıxış etdiyini diqqətə çatdırıb.

Digər çıxış edənlər də səbəbkarın yüksək insani keyfiyyətlərindən danışıb, onun həmişə güləşçilərin yanında olduğunu, idmanın bu növünün inkişafına töhfə verdiyini və onun şərəfinə həsr olunan turnirin təşkilinin artıq ənənəyə çevrildiyi söyləyiblər.

Sonda O.Krapivin xoş sözlərə görə minnətdarlığını bildirib və həmişə ölkəmizdə idmanın inkişafında yaxından iştirak edəcəyini vurğulayıb.
Sonra turnirin açılış mərasimi keçirilmişdir. Mərasimdə Gənclər və İdman
Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, Ukraynanın Olimpiya çempionu Elbrus Tedeyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Diasporla İş üzrə Dövlət Komitəsinin departament rəhbəri Ruslan Quliyev və veteran güləşçi Oleq Krapivin çıxış ediblər.

Çıxışlarda dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıdan danışılıb. Bildirilib ki, bunun nəticəsində ölkəmiz mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. İdmançılarımızın beynəlxalq arenada uğurla çıxış etdiyini bildirən natiqlər ölkəmizin Olimpiya hərəkatı, eləcə də idmanın inkişafı istiqamətində qazandığı nailiyyətlərdən bəhs ediblər.

Tədbirdə Azərbaycanda güləşin inkişafında Oleq Krapivinin mühüm xidmətləri diqqətə çatdırılıb, onun şərəfinə həsr olunan turnirin təşkilinin artıq ənənəyə çevrildiyi vurğulanıb. Qeyd edilib ki, belə yarışlar istedadlı yeniyetmə güləşçilərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda Oleq Krapivin Gənclər və İdman Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

Açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb və O.Krapivin yarışı açıq elan edib.
Turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran, Qazaxıstan, Qırğızıstan və Gürcüstandan 300-dək güləşçi birincilik uğrunda mübarizə aparır.
İdman yarışına sentyabrın 30-da yekun vurulacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar