Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Ağabəylinin vəfatından altı il ötür


Bu gün “Milli Yol” qəzətinin və “Poliqon” İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin avtomobil qəzasında faciəvi şəkildə həlak olmasından altı il ötür


Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açıb. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərəfindən  Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri olub. 

1999-cu ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan  tərxis olunub.  Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunub.

2003-cü ildə “Milli Yol” qəzetini təsis edib  və qəzetin baş yazarı olub. 2006-cı ildə  “Poliqon” İnformasiya Agentliyini, 2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis edib.

Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuş, bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.

Şahin Ağabəyli  2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ələt yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub.  Dünyaya vida edərkən 34 yaşını doldurmamışdı…




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Ən çox oxunanalar