Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sahil” metro stansiyasında yeni eskalatorlar quraşdırıldı


Hazırda təmirdə olan “Sahil” metro stansiyasında artıq köhnə eskalatorların sökülməsi və yenilərinin quraşdırılması başa çatdırılıb


Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti məlumat verib.

Bildirlir ki, Bakı metropoliteninin 2017-ci ilin avqust ayının 21-də yenidən qurulmasına başlanılmış “Sahil” metro stansiyasının təmir-bərpa işləri planlı surətdə davam etdirilir. 50 il əvvəl istismara verilmiş stansiyanın eskalatorları istismar müddəti başa çatdığı üçün yeniləndiyini və bu səbəbdən sərnişinlərin giriş-çıxışı üçün bağlandığını nəzərə alaraq, burada əsaslı təmir, yenidənqurma və bərpa işləri də aparılır. Çünki ağır hidrogeoloji mühitin təsiri ilə, eləcə də uzunmüddətli istismar dövründə stansiyanın sıradan çıxmış və köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və digər infrastrukturunun yenilənməsi günün qaçılmaz tələbi idi.

Artıq köhnə eskalatorların sökülməsi və yenilərinin quraşdırılması başa çatdırılıb. Xatırladaq ki, sökülmüş “LT-3” tipli 3 eskalatorun əvəzinə, Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Viktoriya” tipli 4 yeni avadanlıq quraşdırılıb. Lakin 4 eskalatorun quraşdırıldığı “28 May” metro stansiyasından fərqli olaraq, burada hər bir avadanlığın eni bir metrdir, həmçinin eskalatorlara giriş-çıxış, enişdə olduğu kimi, yuxarıda da eyni xətt üzrə yerləşəcək. Bu stansiyada da dörd eskalatorun quraşdırılmasında əsas məqsəd birçıxışlı və gur sərnişin axını olan stansiyada metro istifadəçilərinin daha operativ və rahat enib-qalxmasını təmin etməkdir.

Quraşdırma işləri iki mərhələdə yerinə yetirilib. Hər mərhələdə iki eskalator quraşdırılıb. Hazırda eskalatorların sazlanmasına başlanılıb. Bu mərhələ texniki normativlərə uyğun olaraq, iki ay yarım davam edir. İşlər çərçivəsində pillə zolaqları və digər elementlər bərkidilir, müvafiq tələblərə uyğunlaşdırılır, qaçış sınağı üçün hazırlanır. Bu işlərə paralel olaraq, eskalator üzərində işıqlandırma sisteminin qurulması hazırlıqlarına da başlanılıb. Plana uyğun olaraq, ilk eskalatorun aprel ayının ilk yarısında sınaqdan çıxarılaraq qoşulması gözlənilir. (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Ən çox oxunanalar