Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabunçuda “bazar qoçularının” növbəti qanlı cinayəti - Sahibkarı vəhşicəsinə döyüb bıçaqladılar


Sabunçu bazarındakı özbaşınalıq, "bazar qoçuları"nın vəhşilikləri davam edir


Bazarın pul yığan qoçuları sahibkarı çalışdığı mağazada vəhşicəsinə döyərək, ona çoxsaylı bıçaq zərbələri endiriblər.

PİA.AZ musavat.com-a istinadən xəbər verir ki, hadisə mayın 21-də saat 12.00 radələrində baş verib. Hadisə tərəflər arasında yaranan söz davasından sonra baş verib. Nəticədə mağazanı icarəyə götürən Müşfiq adlı şəxs döyülüb və bıçaqlanıb.

Məlumat üçün qeyd edək ki, həftənin şənbə və bazar günləri Sabunçuda "rus bazarı" təşkil olunur. Həmin bazarda köhnə məişət və geyim əşyaları satılır. Həmçinin şənbə və bazar günləri bazara müxtəlif rayonlardan kənd təsərrüfatı məhsulları da satış üçün gətirilir. 

Bu zaman bazar ərazisində satış edən hər bir şəxs bazarın pul yığan şəxslərinə müəyyən məbləğ ödəməli olurlar. Həmin məbləğ isə pul yığan idmançı dəstə tərəfindən müəyyən edilir və heç bir satıcı da buna etiraz edə bilmir. Yığılan yer haqqından narazı olan şəxslər elə yerindəcə cəzalandırılır. Ya onların malları dağıdılır, ya döyülür, ya da bazardan qovulurlar. Bu barədə bir neçə dəfə məlumat vermişik.

Pul yığan şəxslər təxminən 10-12 nəfərlik dəstədən ibarətdirlər. Onlar bazar ərazisindəki ticarət köşklərindən, bazar ətrafında maşınlarda mal satanlardan gündəlik yer haqqı yığmaqla məşğuldurlar. Satıcılara qarşı kobudluqları, amansızlıqları ilə seçilən bu şəxslərə hələ ki, "dur" deyən yoxdur. Bazar satıcıları arasında "bazar qoçuları", "qulağı qırıqlar" kimi tanınan  bu şəxslərin növbəti özbaşınalığı daha dəhşətli olub. Nəticədə bir nəfər aldığı bıçaq zərbələri ilə xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır.

Qanlı hadisənin təfərrüatları haqda...

Dünən - mayın 21-də bazara tərəvəz satmağa gələn yaşlı qadın "bazar qoçuları"nın qəzəbinə tuş gəlib. Hadisənin baş verdiyi "Zoo aptek"in qarşısında dayanan yaşlı qadından yer haqqı istəyən şəxslər "yoxdur" cavabı aldıqdan sonra onun əşyalarını yığaraq mağazanın içərisinə atıblar. Mağazada çalışanlar isə buna etiraz edib. 

Daha sonra hadisə yerinə mağazanın sahibi "Lexus" markalı avtomobili ilə gəlib. Mağaza sahibi də yaşlı qadının mallarının içəri yığılmasına etiraz edib və bu zaman tərəflər arasında söz davası başlayıb. 
Mağazanı icarəyə götürən Müşfiq adlı şəxsin isə "bazar qoçuları" ilə mübahisəsi davaya çevirilib. Əvvəlcə iki nəfər olan pul yığanlardan biri Müşfiqin cavabını vermək üçün onun üstünə hücum çəkib. Lakin idmançı olan Müşfiq həmin şəxsi döyərək yerə yıxıb. 

"Bazar qoçuları" hadisə yerinə kömək üçün bir neçə nəfər də çağırıblar. Bundan sonra 6-7 nəfərlik dəstə mağazaya girib və Müşfiqi vəhşicəsinə döyüb. Həmin şəxslərdən biri özü ilə gətirdiyi bıçaqla Müşfiqə boyun, qarın və ayaq nahiyyələrindən bir neçə zərbə endirib. Həmin şəxslər daha sonra hadisə yerindən qaçıblar.

3 saylı şəhər klinik xəstəxanasına çatdırılan Müşfiqin vəziyyəti ağırdır. Hazırda reanimasiyadadır.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları gəlib. Baş verən qanlı olayla bağlı məlumat əldə etmək üçün 12-ci Polis Bölməsi ilə əlaqə saxladıq. 

Növbətçi hissədən faktla bağlı araşdırma aparıldığını və əlavə məlumat verə bilməyəcəklərini söylədilər. Növbətçi hissədən əlavə məlumat öyrənmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət gördülər. DİN-in mətbuat xidmətindən isə telefon zənglərinə cavab verilmədi.

Qeyd edək ki, hadisənin baş verdiyi mağaza hazırda bağlıdır. Mağazanın içərisində və qarşısında hadisədən sonrakı qan izləri hələ də qalır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar