Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şabranda gəlin toyuna üç gün qalmış qaçdı

Azərbaycanda daha bir gəlin toyqabağı başqasına qoşularaq qaçıb


Axar.az-a verilən məlumata görə, hadisə Şabranın Xəlilli kəndində baş verib. Kənd sakini olan Nailə (ad şərtidir) həmyerlisi ilə nişanlanıb. Onların nişan mərasimi və daha sonra rayondakı şadlıq evlərinin birində qız toyu baş tutub. 
 
Məlumatda deyilir ki, bu mərasimlərdən sonra Nailənin xınayaxdı mərasimi də təşkil edilib. Bu mərasimdən sonra oğlan toyuna üç gün qalmış gəlin başqasına qoşularaq qaçıb.
 
Bütün tədbirlər görüldüyü, qonaqlar dəvət edildiyi üçün çox gərgin və rüsvayçı vəziyyitin yarandığı da qeyd olunur. Bəy bu rüsvayçı hadisəni ört-basdır etmək üçün başqa bir qızı qaçıraraq özünə toy edib. 
 
Hadisə ilə bağlı o da deyilir ki, toyundan üç gün əvvəl qaçan qız bundan öncə üç dəfə nişanlı olub. O nişanlarını da müxtəlif bəhanələrlə geri qaytarıb. 
 
Qeyd edək ki, Azərbaycanda qızların toyqabağı və toy günü qaçması ilk hadisə deyil. artıq kütləviləşib. Buna qədər də belə hadisələr yaşanıb. 

Avqust ayında Lənkəran rayonunda toy gəlinsiz baş tutub. İki gün sonra gəlin olacaq nişanlı qız evdən qaçıb. 
 
Nişanlı qızın bu addımından sonra 8 avqusta təyin edilmiş toy təxirə salınmayıb. Baş verənlərdən xəbərsiz olan qonaqlar toyda iştirak ediblər. Lakin bəy öz kürsüsündə tək oturub.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Ən çox oxunanalar