Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq müstəntiq həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

PİA.az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

M. Abbasov dələduzluq və rüşvət verməyə təhriketmə əməllərində təqsirləndirilir. İttihama görə, M. Abbasov 12 iyun 2014-cü il tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.

M. Abbasov 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarından xaric olunub. Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Hökmlə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

"Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - Video

Azərbaycan və Tacikistan arasında elmi və tədqiqat əlaqələri yaradılacaq

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Zərurət olmadan maşinisti narahat etməyin cəriməsi artırılır

Ən çox oxunanalar