Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sabah” qəzetinin yazarı “Qarabağ”ı təhqir etdi və üzr istədi

Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel Azərbaycandan üzr istəyib


Özünün “Twitter” mikrobloqunda Mövlud Tezel yazısının əyləncəli bir şərh olduğunu bildirib: “Əgər Azərbaycan və Qarabağ xalqını incitdimsə bağışlayın”.

*   *   *

Türkiyənin “Sabah” qəzetinin yazarı Mevlüt Tezel Azərbaycanın “Qarabağ” futbol komandasının İspaniyanın “Atletiko” klubu ilə Bakıda keçirdiyi oyunla bağlı Azərbaycan komandasını aşağılayan köşə yazısı yazıb. Virtualaz.org xəbər verir ki, “Qarabağ” komandası həmin oyunda 0-0 hesabı ilə heç-heçə edərək ilk dəfə qatıldığı Çempionlar Liqasında ilk xalını qazanaraq Avropa futbol ictimaiyyətini növbəti dəfə təəcübləndirdiyi halda bu, türkiyəli yazarın xoşuna gəlməyib.

Müəllif “Qarabağ” azarkeşlərinin stadionda komandanı dəstəkləmək üçün adi A4 kağızlarına komandanın adının baş hərflərini yazaraq şəffaf lövhə üzərinə yapışdırmasını və “koregrafiya” etmələrini bəyənməyib. “Bu, fotbol tarixinin ən miskin, ən əzik, ən komik koreograsiyası oldu. Eybi yox, olsun, onlar da yavaş-yavaş futbol mədəniyyətini öyərənəcəklər”-deyə Tezel ironiya ilə yazıb.

O, məqaləsində “Qarabağ” klubunun ünvanına başqa aşağılayıcı ifadələr də işlədib. Türkiyənin goalbien.com saytı yazır ki, Mevlüt Tezelin bu yazısına sosial şəbəkə istifadəçiləri hiddətli reaksiya veriblər, onun ünvanına çoxsaylı təhqiramiz ifadələr yağdırılıb. Virtualaz.org qeyd edir ki, hazırda Tezelin həmin yazısı “Sabah” qəzetinin saytından çıxarılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar