Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvili vəziyyəti ilə bağlı "Bellingcat" araşdırma qrupuna müraciət edib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Bellingcat"in araşdırmaçısı, tanınmış jurnalist Xristo Qrozevdən kömək istəyib...

APA xəbər verir ki, bununla bağlı Saakaşvili "Facebook" hesabında müraciət edib.

"Çoxdandır sizin işinizin pərəstişkarıyam, amma heç vaxt düşünməzdim ki, bir gün sizdən kömək istəməli olacağam.

Bildiyiniz kimi, ABŞ-ın ən yaxşı laboratoriyası və Nyu-Yorkun tanınmış toksikoloqu bu ilin martında mənim həbsxanada zəhərləndiyimi müəyyən ediblər. Mən mart ayında özümü çox pis hiss etdim, yüksək hərarət, qusma, çox tərləmə, baş ağrılarım var idi və verilən COVİD testlərimin nəticələri mənfi idi. O vaxtdan bəri səhhətim düzəlməyib".

Saakaşvili müraciətində bildirib ki, onun səhəttinin pisləşdiyini nəzərə alan həbsxana rəhbərliyi sabiq prezidenti xəstəxanaya köçürməli olub və orada həkimlər dərhal zəhərlənməsindən şübhələnsələr də, rəhbərlik həkimlərə bu nəticələrin gizlədilməsi ilə bağlı onlara göstəriş verib.

"Çox sonralar saçlarımda və dırnaqlarımda ağır metalla zəhərlənmənin izləri tapıldı.Onsuz da yazışmalarıma nəzarət olunduğu üçün sizə açıq yazıram. Zəhmət olmasa, Gürcüstanda RusiyaRusiyaya bağlı şübhəli hərəkətləri araşdıra bilərsinizmi? Dəqiq faktdır ki, general Beseda və Rusiyanın Federal Təhlükəsizlik Bürosunun digər rəsmiləri Gürcüstana tez-tez gəlirdilər. Zəhmət olmasa, Gürcüstan və Rusiya arasında mövcud olan kölgəli və oliqarxik sxemləri araşdıra bilərsinizmi? Əminəm ki, orada tapılacaq çox şey var və bu, mənim həyatımı xilas etmək üçün də faydalı olacaq", Saakaşvili müraciətində deyib.

pia.az


Etiket: Saakaşvili


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar