Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

S.Novruzov:Bir qrup jurnalist, siyasi partiya, o cümlədən anti-milli şura Sorosun çörəyini yeyir

““Soros Fondu”nun Türkiyədə, eyni zamanda Azərbaycanda təxribat həyata keçirməsi artıq qeyri-mümkündür. Çünki Türkiydə də, Azərbaycanda da iqtidarla xalq bir yerdədir. Hər kəs öz liderini tanıyır və onun arxasında birləşir. “Soros Fondu” o ölkələrdə təxribatlar həyata keçirir ki, orada qeyri-müəyyənlikdir, ona görə də həmin ölkələrdə dağıdıcılıq fəaliyyəti ilə məşğul olur. Bu günə qədər hansı ölkələrdə “Soros Fondu” fəaliyyət göstərdisə, o ölkələrdə əmin-amanlıq olmadığını gördük. Xalq da bunu görür, bilir. Azərbaycanda bir qrup jurnalist, siyasi partiya, o cümlədən anti-milli şura Sorosun çörəyini yeyir, onun tapşırıqlarını yerinə yetirir. Buna baxmayaraq, Azərbaycanda onların heç bir fəaliyyətləri ola bilməz, o cümlədən də Türkiyədə...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, seçkilər Türkiyədə azad, demokratik şəkildə keçirilib: “Türkiyə dünyaya göstərdi ki, türk xalqı həmişə demokratiyanın tərəfdarıdır, demokratik seçki keçirmək nümunəsini, gəlin, Türkiyədən öyrənin. Seçkilər ən çətin zamanda keçirildi. Seçkilərdən öncə Türkiyədə dəhşətli zəlzələ baş vermişdi, xeyli sayda qardaşlarımız həlak olmuşdu. Allah hamısına rəhmət eləsin. Lakin buna baxmayaraq, seçkilər vaxtında elan olundu. Hər bir siyasi partiya, prezidentliyə namizəd üçün bərabər şərait yaradıldı, mübarizə eyni qaydada aparıldı. Nəticə etibarilə mayın 14-də türk qardaşlarımız sandıq başına gələrək səs verdilər, öz etimadlarını göstərdilər. Çox hörmətli, Azərbaycan xalqının çox sevdiyi Rəcəb Tayyib Ərdoğan böyük səs çoxluğu ilə qalib gəldi. AK Partiya və onun birlikdə olduğu blok, demək olar, parlamentdə səslərin böyük hissəsini götürdü. Bu münasibətlə bütün qardaşlarımızı təbrik edirik. Arzu edirik ki, Türkiyənin gələcəyi, inkişafı naminə onun müdafiəsi daha da gücləndirilsin. Çünki Türkiyənin müdafiəsi, gücü Azərbaycanın gücüdür. Ötən axşamkı “balkon çıxışı”nda da Ərdoğana bildirdilər ki, Azərbaycan-Qarabağ səni çox sevir. Bəli, 44 günlük Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəyə, köməyə, daim Azərbaycanı müdafiə etdiyinə görə xalqımız Ərdoğanı çox sevir. Corc Sorosun ölüm xəbəri bizi bu sevincdən ayıra bilməz. Həyat elə şeydir ki, onu insana Allah verir və Allah nə vaxt məsləhət bilsə, o vaxt insanı aparacaq...”

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Milli Məclis 2023-cü il büdcəsinin icrasını I oxunuşda qəbul edib - Yenilənib

Kürdəmir Suvarma İdarəsindən 8 ayda yarım milyonluq üç tender “udan” iki şirkətin bir nəfər sahibi kimdir

1 milyondan çox vergi borcu olan şirkət 15 gündə 4 tender müqaviləsi imzalayıb - Foto

Ən çox oxunanalar