Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

S&P: “Azərbaycanın xarici mövqeyi iqtisadi inkişafa mənfi təsiri yumşaldacaq”

"2021-ci ildə güman edilən ikiqat profisitdən sonra 2022-ci ilində Azərbaycanın cari əməliyyatlarının profisiti ÜMD-in 10,8%-ni təşkil edəcək".

"Report" xəbər verir ki, bunu "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi bəyan edib. 

Qurumun mütəxəssislərinin qənaətinə görə, 2021-ci ilin nəticələrinə görə profisitin ÜMD-in 10,1%-ni təşkil edəcəyi gözlənilir. 2020-ci ildə isə 0,5%-lik defisit qeydə alınıb.

2023-cü ildə ÜMD-in 4,5%-i, 2024-cü ildə 0,2%-i səviyyəsində profisit gözlənilirsə, 2025-ci ildə bu nisbət 0,5% olacaq. 

“2022-ci ildə “Brent” markalı neftin 1 barelinin qiymətinin 75 ABŞ dolları səviyyəsində olacağı ilə bağlı proqnozumuza və neft hasilatının OPEC+ alyansının zəif ixtisarı şəraitində gündəlik orta hesabla 0,77 milyon barelədək 4%-lik artım proqnozuna əsaslanaraq, 2022-ci ildə cari əməliyyatlar hesabının ÜMD-in 10,8%-ni təşkil edəcəyini gözləyirik.

Cənub Qaz Dəhlizinin işə salınması və gələcək 3-4 il ərzində genişlənməsi Azərbaycanın xarici göstəricilərini dəstəkləyəcək. Lakin bizim proqnozlarımıza görə, ortamüddətli perspektivdə bu, neft hasilatının azalması ilə kompensasiya olunacaq. Bununla yanaşı daxili istehlakın bərpası və azad edilmiş ərazilərin bərpası ilə bağlı hökumətin planlaşdırılan tədbirlərinin görülməsi fonunda idxal bərpa olunur. Bundan başqa, güman edirik ki, 2024-cü ildə neftin qiyməti 55 ABŞ dollarına qədər azalacaq və növbəti illərdə həmin səviyyədə qalacaq”, - məlumatda deyilir.

S&P agentliyinin analitiklərinin fikrincə, Azərbaycanın xarici aktivlər üzrə güclü mövqeyi Dövlət Neft Fondunda toplanan xarici aktivlərin böyük həcmi ilə dəstəklənən reytinqin əsas gücü olmaqda davam edəcək.

“Bizim qiymətləndirmələrimizə görə, xarici likvid aktivlər 2025-ci ilə qədər xarici borcu üstələyəcək. Azərbaycanın qlobal iqtisadi şərtlərin potensial volatiliyindən asılı olmaqda davam edəcəyinə baxmayaraq, onun xalis xarici aktivlər üzrə güclü mövqeyi iqtisadi dövrlərin iqtisadi inkişafa mənfi təsirini yumşaldacaq bufer rolunu oynayacaq”, - agentliyin məlumatında deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay