Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın səfir kimi qəbul etmədiyi erməni deputat mandatdan imtina edir

Ermənistanda hakim "Vətəndaş Sazişi" fraksiyasının üzvü Qurgen Arsenyan iqtisadi siyasətdə ölkə hakimiyyəti ilə fikir ayrılığına görə mandatını imtina edəcək...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Nəşr qeyd edir ki, fikir ayrılıqları bir il əvvəl yaranıb. Arsenyan əmlak vergisinin artırılmasının və digər dəyişikliklərin əleyhinədir. Lakin həmin vaxt mandatdan imtina etməyib. Çünki Ermənistanın Rusiya Federasiyasında səfiri vəzifəsinə təyin olunacağını gözləyirmiş.

"Lakin Rusiya onun təyinatı üçün razılıq vermədi, bu, mahiyyət etibarı ilə imtinadır. Kremlə yaxın bloggerlər isə artıq Rusiyanın Ermənistan hökumətinin bir neçə nümayəndəsinin, o cümlədən Arsenyanın ölkəyə girişinə qadağa qoyduğunu bildiriblər", deyə nəşr yazıb.

Bundan əvvəl bildirilmişdi ki, hakimiyyət diplomatik missiyanın hazırkı rəhbəri Vaqarşak Arutyunyanı əvəz etmək qərarına gəlib. Lakin Moskva Qurgen Arsenyanın yeni səfir postuna namizədliyini rədd edib. Arsenyan özü də imtina ilə bağlı müvafiq notanın Rusiya tərəfinə verildiyini inkar etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar