Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Moldova hökumətini devirmək planı Britaniyadan idarə olunur - "The Times"

Londonda yaşayan Moldova polisinin keçmiş yüksək rütbəli məmuru Kişinyovda hökuməti devirmək və Moldovanı Kremlin nəzarətinə keçirmək üçün “paramilitar qüvvələr”i cəlb etməklə məşğuldur...

Poliqon xəbər verir ki, bu barədə “The Times” bir qrup moldovalı və britaniyalı hüquqşünasın Böyük Britaniya Xarici İşlər Nazirliyinə təqdim etdiyi hesabata istinadən yazır.

Sənəddə irəli sürülən ittihamlar Moldovanın keçmiş rusiyayönlü prezidenti İqor Dodonun dövründə Baş Polis Müfəttişliyinin rəis müavini olmuş George Kavkalyukla bağlıdır.

Onlara Moldova hökuməti dəstək verib və Kavkalyukun ekstradisiyasını tələb etdiyini bildirib. Tələb Britaniyanın sanksiya rejimindən istifadə edərək onun aktivlərinin dondurulmasını xahiş edən kampaniyaçılar tərəfindən hazırlanıb.

Moldova hökumətinin sözçüsünə görə, keçmiş zabit Kişinyovda Avropayönlü hökuməti devirmək cəhdlərində əsas oyunçudur.

Moldova Kavkalyuku "Ləyaqət və Həqiqət" Platforması (DA) partiyasının üzvləri Ruslan Verbitski və Corc Petikə qarşı işlərin uydurulması ittihamı ilə beynəlxalq axtarışa verib.

Kavkalyuk hazırda Londondan Moldovanın “Evdə Avropanın qurulması” (RACE) siyasi partiyasını idarə edir. Kral III Çarlzın tacqoyma mərasimində və "Eurovision" öncəsi Liverpulda çəkilmiş şəkillərini paylaşaraq, onun maliyyəsi ilə bağlı suallar edilib.

O, bu ittihamları rədd edib: “İttihamlar köhnəlmiş və həqiqətə uyğun deyil”.

Kavkalyuk qarşı sanksiyaların tətbiq edilməsini tələb edən sənəddə onun Rusiyanın Federal Təhlükəsizlik Xidməti və onun “Vaqner” muzdlu qruplaşması tərəfindən idarə olunan mürəkkəb Kreml marionetləri şəbəkəsinin mərkəzində olduğu iddia edilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar