Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanı demoqrafik problemləri faciə həddinə çatıb...

Rusiyada gənclərin ömrü Haiti səviyyəsinə düşüb və 2022-ci ilin aprelində doğulanların sayı nasist işğalı zamanı olduğu statistika kimi olub...

Poliqon.info xəbər verir ki, bu barədə The Economist nəşrinin məlumatında bildirilir.

Nəşr yazır ki, Rusiyada demoqrafik faciə baş verir. Son üç il ərzində pandemiya, Ukraynadakı müharibə və bunun ardınca çoxlu sayda rusların ölkədən qaçması səbəbindən Rusiyada gözlənildiyindən təxminən iki milyon çox insan itirib.

Jurnal qeyd edir ki, rus kişilərinin 15 yaşında gözlənilən ömür uzunluğu təxminən beş il azalaraq Haiti ilə eyni səviyəyə düşüb. Neşrin hesabatına görə, 2022-ci ilin aprelində doğulan rusların sayı faşist işğalı aylarının rəqəmlərindən heç də çox deyil.

The Economist 2020-2023-cü illərdə Rusiyada ölüm sayını 1,2-1,6 milyon nəfər səviyyəsində qiymətləndirir ki, bu da həddindən artıq çoxdur. Ukraynadakı müharibədə həlak olan və ölkəni tərk edən rusları da nəzərə alsaq, demoqrafik itkilər 1,9-2,8 milyon arasında olub və bu da proqnozlardan çoxdur. Bu, ölkə əhalisinin ildə təxminən yarım milyon azaldığı 2000-ci illərdəki göstəricilərindən daha pisdir.

Demoqraf Aleksey Rakşa The Economist-ə bildirib ki, yalnız dinc illər üçün məlumatları götürsək, 2022-ci ilin aprelində qeydə alınan doğumların sayı 18-ci əsrdən bəri ən aşağı göstəricidir.

Digər tərəfdən, Ukraynadakı müharibədə kişilərin həlak olması və xaricə getməsi ilə əlaqədar Rusiya əhalisinin gender strukturunda uçurum artıb. Indi Rusiyada qadınların sayı kişilərdən ən azı 10 milyon nəfər çoxdur.

Koronavirus da demoqrafiyaya böyük zərbə vurub. Jurnalın məlumatına görə, Rusiya koronavirusdan ölüm hallarına görə Hindistandan sonra ikinci yerdədir. Rusiyada koronavirusadn 100 min nəfərə 850-1100 ölüm hadisəsi qeydə alınıb.

Rusiya xalqları arasında əhalinin ən böyük azalması etnik ruslar arasında müşahidə olunur, onların ölkənin milli strukturunda payı 78%-dən 72%-ə düşüb.

“Cənab Putinin “rus dünyası”nın genişlənməsi ilə öyünməsi bundan ibarətdir”, deyə The Economist yazır.

Rusların nisbətinin azalması yaz çağırışı zamanı digər xalqların yükünü artırır və Müdafiə Nazirliyinin üç il ərzində ordunun sayını artırmaq planlarına mane ola bilər, deyə The Economist əlavə edib.

BMT-nin hesablamalarına görə, cari tendensiyalar davam edərsə, Rusiyada əhalinin sayı 120 milyon nəfərə düşə bilər.

Vaşinqtondakı American Enterprise İnstitutunun demoqrafı Kinolas Eberstadt bildirib ki, Rusiya Üçüncü ölüm nisbətinə görə üçüncü dünya ölkələrinə aiddir, təhsil səviyyəsinə görə isə birinci dünya malik ölkələri arasında yer alır. Lakin müharibə başlayandan sonra təhsilli rusların xaricə axını ilə rus təhsilinin keyfiyyəti heçə endirilib.

The Economist qeyd edir ki, Rusiyada 2022-ci ilə nisbətən 2023-cü ildə 10% az uşaq doğula bilər ki, bu, bütün postsovet dövründəki ən pis nəticə olacaq. Qeyd edilir ki, keçən ilin mənfi demoqrafik amilləri arasında səfərbərlik və bununla bağlı rusların xaricə kütləvi köçü, həmçinin ev təsərrüfatlarının gəlirlərinin azalması daxildir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin müntəzəm olaraq demoqrafik tənəzzülü ölkə üçün əsas problemlərdən biri adlandırır. Yanvarda prezident hökumətə doğum səviyyəsini artırmaq və uşaqlı ailələrə dəstək olmaq üçün yeni tədbirlər planı hazırlamağı tapşırmışdı.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar