Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı ekspert: "Erməni terrorçu Azərbaycanda mühakimə olunmalıdır"

Ermənistanda elə insanlar var ki, ötən ilin payızında baş verənləri qəbul edə və üçtərəfli bəyanatın imzalanmasından sonra yeni reallıqlarla barışa bilmirlər”.

Bunu tanınmış rusiyalı siyasi icmalçı Serqey Strokan Oxu.Az-ın suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, belə insanlar “qırmızı xətt”i keçərək ekstremist, terror hərəkətlərinə əl atmağa hazırdırlar.

“Belə insanlar olacaq, çünki onların şəxsiyyətini müəyyənləşdirmək olduqca çətindir. Bunlar “tənha terrorçu”lardır”, - deyə o əlavə edib.

Bununla belə, ekspert Ermənistan əhalisinin əksəriyyətinin sülh tərəfdarı olması və müharibə istəməməsini (hansı ki, cari ilin iyununda Ermənistan parlamentinə keçirilən seçkilər göstərdi) vacib amil adlandırıb.

Qeyd edək ki, rusiyalı ekspert artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib, gələn həftə isə ekspertlər qrupu ilə yenidən ölkəmizə gələcək. Müsahib bir neçə gün öncə Şuşa şəhəri yaxınlığında blokposta Azərbaycan hərbçilərinin yaralanması ilə nəticələnən hücumla və terrorçunun harada mühakimə olunması ilə bağlı fikirlərini bölüşüb.

“Mən hüquqşünas deyiləm, amma cinayət törətmiş şəxsə qanunsuz əməlin törədildiyi ölkənin ərazisində hökm vermək lazımdır. Baş verənləri siyasiləşdirmək lazım deyil. Biz ağır cinayət, terror aktından danışırıq. Terrorçular ciddi şəkildə cəzalandırılmalıdır”, - deyə o izah edib.

Yeri gəlmişkən, elə Daşaltı yaxınlığında posta hücum baş verən gün Şuşa şəhərinə gələn rusiyalı ekspertlər bildirmişdilər ki, Laçın dəhlizi ilə hərəkət edərkən nəzarətin təmin edilməsində Azərbaycan iştirak edə bilməlidir və ya ən azından Ermənistan vətəndaşlarının giriş-çıxışı ilə bağlı məlumatlar Azərbaycan tərəfinə ötürülməlidir.

“Baş verən insident cari mexanizmin incə düzəlişlərə ehtiyacı olduğuna işarə idi”, - deyən Serqey Strokan sözlərini yekunlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Ən çox oxunanalar