Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır

Son vaxtlar biz Ermənistanın rəsmi hakimiyyət orqanlarının elə hərəkətlərini müşahidə etmişik ki, bu hərəkətlər yalnız bir nəticəyə - dinc danışıqlar prosesinin pozulmasına və münaqişənin gərginləşməsinə gətirib çıxara bilib.

PİA.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin bəyanatında bildirib.

"Rusiyanın mövqeyi belə olub və indi də belədir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli dinc yolla, danışıqlar vasitəsilə baş verməlidir. Lakin danışıqlara hər iki tərəf əzm göstərməlidir. Amma son vaxtlar biz Ermənistanın rəsmi hakimiyyət orqanlarının elə hərəkətlərini müşahidə etmişik ki, bu hərəkətlər yalnız bir nəticəyə - dinc danışıqlar prosesinin pozulmasına və münaqişənin gərginləşməsinə gətirib çıxara bilib. Nəticəni çox gözləmək lazım gəlmədi. Danışıqlar pozuldu. Dağlıq Qarabağla sərhəddə irimiqyaslı hərbi əməliyyatlar başlandı", - deyə rusiyalı deputat qeyd edib.

D.Savelyev vurğulayıb ki, münaqişəni dayandırmağın yeganə üsulu məcburi köçkünləri Dağlıq Qarabağ torpağına qaytarmaq və referendum keçirməkdir. Həmin referendum da bu ərazinin Azərbaycanın tərkibində taleyini müəyyən edəcək. "Fikrimcə, münaqişənin dayandırılmasının yeganə üsulu Ermənistan tərəfindən qeyd-şərtsiz bütün hərbi qüvvələri işğal olunmuş ərazilərdən çıxarmaq və sülh prosesinə başlamaq - məcburi köçkünləri Dağlıq Qarabağ torpağına qaytarmaq və referendum keçirməkdir. Həmin referendum da bu ərazinin Azərbaycanın tərkibində taleyini müəyyən edəcək. Qan tökülməsi heç kimə lazım deyil, Qafqaz regionunda gərginlik heç kimə lazım deyil. Münaqişənin dinc yolla həllinə nail olmaq üçün beynəlxalq hüquq çərçivəsində görülən tədbirlər şübhəsiz ki, həm Rusiya, həm də dünya birliyi tərəfindən dəstəklənəcək", - deyə rusiyalı deputatın bəyanatında bildirilir.

pia.az 


Etiket: Deputat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar