Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada yanaraq ölən 5 azərbaycanlının kimliyini müəyyənləşdirmək üçün DNT analizləri götürülüb

"Faciəvi şəkildə ölən həmyerlilərimizin Azərbaycana yola salınması üçün DNT anlizlərinin cavabı gözləyirik"

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlar İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib.

"Faciəvi şəkildə dünyasını dəyişən soydaşlarımız tanınmaz halda olduqları üçün, DNT analizi götürülüb. Cavab sabah gəlməlidir. Soydaşlarımıza köməklik üçün əlimizdən gələni edirik və təşkilat olaraq hadisəni diqqət mərkəzində saxlayırıq", deyə E.Hüseynov vurğulayıb.

O bildirib ki, artıq yerli diaspor tərəfindən tabutlar sifariş verilib: "Sənədləşmə prossesi bitdikdən sonra meyitlər avtomobillə Azərbaycana yola salınacaq".

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Kirov vilayətinin Şabalin rayonunda dəhşətli yanğın qeydə alınıb. Hadisə zamanı dörd nəfər yanaraq ölüb, bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb. Onun bədəninin 90 faizi yanıb. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

pia.az


Etiket: Analiz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar