Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada ahıl qadın tatarca danışdığına görə rus kişi tərəfindən döyüldü -Rəzalət...

"Ya rusca danış, ya da ağzını yum!.."

“Omsk şəhər sakini Lutsiya Timofeyevanın mikroavtobusda gedişi onun üçün başının yarılması ilə nəticələnən çox xoşagəlməz bir hadisə ilə başa çatıb. Sərnişin, sadəcə, telefonda tatarca danışırdı. Nədənsə bu, arxada oturan kişini qəzəbləndirdi və o, kobud fiziki güc tətbiq edərək qadının başına elə vurdu ki, başında hematoma əmələ gətirdi...”

Moderator.az xəbər verir ki, bu məlumatı "NGS55.RU" Omsk nəşri yayıb.

Milliyyətçi təcavüzkar 66 yaşlı qadına həm fiziki, həm də mənəvi ziyan vurub.

Ana dilində ünsiyyət qurmağa tam hüququnun olduğunu düşünən Luyciya Timofeyeva kişinin onun başına vuracağını gözləmədən telefonla söhbəti davam edib. Timofeyevanın yerli “SNT” kanalının bağbanı kimi tanıdığı təcavüzkar qadının polisə müraciət edəcəyini söyləməsinə baxmayaraq çox aqressiv olub. Anası yaşında qadını "ya rusca danış, ya da ağzını yum!" deyə hədələyib...

Hadisədən xəbər tutan Timofeyevanın yaxınları başındakı yaraların görüntülərini lentə almaq və polisə müraciət etmək lazım olduğuna qərar veriblər və bunu ediblər.

Lutsiya Timofeevaya görə, bu həddindən artıq ekstremal vəziyyət onu çox narahat edib. Milliyyətçilik ona yaddır. Axı onun mərhum əri də rus olub. İstədiyi şey, təcavüzkarın səmimi bir üzr istəməsi və onun qarşısında günahını etiraf etməsidir. Lakin, bu günə qədər rus dilinin “keşikçisi” heç bir barışıq tədbiri görməyib...

P.S....

pia.az


Etiket: Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar