Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Wikipedia-ya alternativ yaradır...

Rusiyanın Wikipedia-nın alternativinə çevrilməli olan “Ruviki Azad Ensiklopediya” layihəsinin iyun ayından istifadəyə veriləcəyi gözlənilir...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə “Ruviki İnternet Ensiklopediyası”nın baş direktoru Vladimir Medeiko məlumat verib.

Onun sözlərinə görə, buraxılış yayın əvvəlində baş tutmalıdır. İlkin olaraq “Ruviki” rusdilli Wikipedia-nın materialları ilə doldurulacaq, onların sayı 2 milyona yaxın olacaq. Onlar Wikipedia-ya rusca alternativə köçürüləcək və tələblərə uyğun dəyişdiriləcək.

Vladimir Medeiko bildirib ki, “Ruvika”nın əsas prinsipi təqdim olunan materialın həqiqiliyidir. Bu, məktəblilərə və tələbələrə “müəllimlərə sual vermək məcburiyyəti” yaratmadan bu materiallardan öz işlərində istifadə etməyə imkan verəcək.

“Ruvika”nın əməkdaşları dərc olunan məlumatlara gecə-gündüz nəzarət edəcəklər. Onun yoxlanılması nəşr üçün seçilmiş mövzunun mürəkkəbliyindən asılı olaraq müxtəlif üsullarla həyata keçiriləcək. Materialların dəqiqləşdirilməsi üçün ekspertlər və alimlər cəlb olunacaq.

Bundan əlavə, ictimai müzakirələrin keçirilməsi planlaşdırılır. Layihə rəhbəri qeyd edib ki, “Ruvika” rəhbərliyi elmi sahənin bütün nümayəndələri ilə əməkdaşlığa açıqdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar