Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Belarus iqtisadiyyatlarını birləşdirir

Dünən Rusiya və Belarus prezidentlərinin görüşündə əldə edilən razılaşmaya əsasən, iki ölkə yaxın gələcəkdə vahid iqtisadi məkan yaradacaq. Razılaşmaya uyğun olaraq qaz, neft, neft məhsulları və elektrik üçün ümumi bazarlar formalaşdırılacaq.

İki dövlət 28 müttəfiqlik proqramını qəbul edib. Bu proqramlar iqtisadiyyatın müxtəlif sahələrinə aid qanunvericiliyi eyniləşdirmək və şirkətlər üçün eyni imkanların yaradılmasını nəzərdə tutur.

Digər bir razılaşmaya görə, belaruslular 2022-ci ildə də rus qazını builki qiymətə alacaqlar. Gələn il Belarus Rusiya qazının 1000 kubmetri üçün 128,5 dollar ödəyəcək.

2023-cü ilin dekabrın 1-nə kimi iki ölkə İttifaq Dövləti daxilində vahid qaz bazarının yaradılması haqqında sənəd imzalamaq niyyətindədir.

Ölkələr eyni zamanda vahid makro-iqtisadi siyasət, pul-kredit siyasətinin uyğunlaşdırılması, gömrük və vergi sahələrində daha böyük əməkdaşlıq barədə razılığa gəliblər.

Belarus və Rusiya bütün dolayı vergiləri (aksiz və əlavə dəyər) uyğunlaşdırmaq və bu prosesləri idarə edəcək bir orqan yaratmaq üçün vahid bir metodologiya yaratmağa razılaşıblar.(unikal)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Ən çox oxunanalar