Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Sudandakı vətəndaş müharibəsini körükləyir... – Yenə Priqojin...

“Vaqner” ÖHŞ Sudanın üsyançı hərbiçilərini raketlə təchiz etməyə başlayıb...

“Vaqner qrupu” Sudanın üsyançı Çevik Dəstək Qüvvələrinə hökumət ordusu ilə döyüşmək üçün raketlər verir.

Poliqon xəbər verir ki, bu barədə CNN Sudan və regionun diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb. Məlumatd həmçinin Suriya və Liviyadakı Rusiya aviabazaları arasında yük təyyarəsinin qeyri-adi tez-tez uçuşlarını göstərən peyk görüntülərini də təhlil edilib.

Xəbərdə bildirilir ki, silahların tədarükü üçün “Vaqner” ÖHŞ -nin Liviyada istifadə etdiyi hava bazalarından istifadə oluna bilər. Ehtimal edilir ki, silahlar Yevgeni Priqojinin dəstəsi tərəfindən dəstəklənən Liviya hökumət əleyhinə qüvvələrinin başçısı general Xəlifə Haftara məxsusdur. Çox güman ki, yer-hava tipli raketlər bu bazalar vasitəsilə Sudanın hazırkı hökumətinə qarşı çıxan Mohamed Hamdan Dagalonun başçılıq etdiyi SBP yaraqlılarına göndərilə bilər. Haftar SBP-ni dəstəkləyir.

Peyk görüntülərindən görünür ki, İL-76 nəqliyyat təyyarəsi aprelin 15-dən sonra hər gün Suriya ilə Liviyadakı iki hava bazasından Sudanda Çevik Dəstək Qüvvələrin hava bazasına eniş edir.

Aprelin 13-də, Sudanda qan tökülməsindən iki gün əvvəl, İL-76 general Haftarın nəzarətində olan “Əl-Xadim” Liviya aviabazasından Suriyaya uçub. Təyyarə ertəsi gün geri qayıdıb və aprelin 15-də Haftarın da nəzarətində olan Liviyanın digər hava bazası Cufradan uçuş təkrarlanıb. Həmin gün Sudanda döyüşlər başlayıb.

İl-76 çərşənbə axşamı, 18-də yenidən Suriyanın Latakiya hava bazasına uçub və bundan sonra o, Liviyadakı “Əl-Xadim” hərbi hava bazasına qayıdıb və yenidən Cufraya uçub. Telekanalın mənbələrinə görə, həmin gün Sudanın şimal-qərbindəki SBP qoşunları raketlər alıb.
SBP nümayəndələri CNN-ə verdiyi şərhdə Rusiya qüvvələri və ya Liviya tərəfdən hər hansı yardım aldığını inkar ediblər.

Xatırladaq ki, “Vaqner” ÖHŞ ilə əlaqəli strukturlar Sudanda qızıl hasilatı ilə məşğuldur. Keçən ilin iyununda The New York Times qəzeti yazmışdı ki, Afrikada “Vaqner”ə bağlı qurumlar tərəfindən çıxarılan qızıl Kremlin maliyyə ehtiyatlarını artırmaq üçün istifadə edilə bilər. Qəzetin jurnalistləri Sudandan Suriya vasitəsilə Rusiyaya qızıl daşıya biləcək 16 yük reysini izləyiblər.

BBC Rus Xidmətinin məlumatına görə, general-leytenant Mohamed Hamdan Dagalo (həmçinin Hemeti kimi tanınır) Rusiya ilə sıx əlaqələrə malikdir, onun daxili maraqlarına qızıl hasilatı və tikinti də daxildir.

“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin eyni zamanda təkid edir ki, onun muzdluları iki ildən artıqdır ki, Sudanda olmayıblar və qrup münaqişə tərəfləri ilə heç bir münasibət saxlamır.

Yevgeni Priqojinin mətbuat xidməti də “Vaqner” ÖHŞ -nin münaqişə tərəflərinin heç birinə “ötürmədiyini və ya köçürmədiyini” bildirən məktub yayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - Yenilənib

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Nuhu Mustafayev dəfn edilib - Yenilənib

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib - Yenilənib

Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib

Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

Natiq Miri: Erməni Apostol Kilsəsi əslində Ermənistan üçün ən böyük potensial təhlükə mənbəyidir...

İsmayıllıda göldə batan şəxsin meyiti tapılıb - Yenilənib, Video

Ən çox oxunanalar