Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Şimali Koreyaya qarşı sanksiyaların qarşısımı alıb

Rusiya BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı sanksiyalarla bağlı ABŞ qətnaməsini bloklayıb...

Poliqon xəbər verir ki, Rusiya ABŞ-ın KXDR-ə qarşı sanksiyaların icrasına nəzarət edən BMT ekspertlərindən ibarət xüsusi qrupunun mandatının bir il müddətinə uzadılması ilə bağlı hazırladığı qətnamənin əleyhinə səs verib. Çin səsvermədə bitərəf qalıb, BMT Təhlükəsizlik Şurasının digər 13 üzvü sənədi dəstəkləyib.

Veto hüququndan istifadə səbəbini izah edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, sənədin müəllifləri Moskvanın təkliflərini nəzərə almayıb və KXDR-ə qarşı qüvvədə olan sanksiyaların bitmə tarixini təqdim etməkdən imtina ediblər.

“Biz ABŞ-ın rəhbərlik etdiyi Qərb ölkələrinin koalisiyasının Pxenyanı boğmaq üçün misli görünməmiş siyasətinin şahidi oluruq ki, bu siyasətə sərt birtərəfli məhdudiyyətlər, aqressiv təbliğat və KXDR hakimiyyətinə qarşı birbaşa şəxsi təhdidlər daxildir. Biz əminik ki, qrupun yenilənməsi üçün proses çoxdan gecikib. Ölkəmiz dəfələrlə müvafiq ideyalar irəli sürüb və məhdudiyyətləri dünya miqyasında sürətlə dəyişən reallıqlara uyğunlaşdırmağa çalışıb”.

Qeyd edək ki, Şimali Koreyaya qarşı sanksiyaların monitorinqi üzrə Ekspertlər Qrupu 2009-cu ildə yaradılıb. Bu qrupa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən, həmçinin Cənubi Koreya, Yaponiya və Sinqapurdan səkkiz mütəxəssis daxildir, onların namizədliyi BMT-nin Baş katibi tərəfindən təsdiqlənir.

Bu strukturun əsas vəzifəsi BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyalar üzrə Komitəsinə informasiya dəstəyi verməkdən ibarətdir. Bu komitəyə Təhlükəsizlik Şurasının bütün üzvləri daxildir və ekspertlər qrupundan fərqli olaraq, məcburi qərarlar qəbul edə bilir. Üstəlik, komitədə Rusiya və Çin nümayəndələrinin veto hüququ var. Ekspertlər daha çox məsləhətçi rol oynayırlar.

Qqeyd edək ki, qrup son hesabatında Şimali Koreyanın Rusiyaya iddia edilən sursat tədarükünə çox diqqət yetirib. Rusiya və KXDR hakimiyyətləri isə sənəddə qeyd olunan əməkdaşlığın mövcudluğunu inkar edir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud Rusiyanın vetosuna görə təəssüfləndiyini bildirib. Eyni zamanda o, Şimali Koreyaya qarşı sanksiyalar rejiminin pozulmasına ən çox töhfə verən ölkələrdən biri kimi Rusiyanın adını çəkib.

Sanksiyalar üzrə ekspert qrupunun hazırkı mandatı aprelin 30-da başa çatır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar