Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Qarabağa PUA-lar gətirdi

Rusiya Qarabağdakı sülhməramlı kontingentini gücləndirir.

Yenisabah.az rus mediasına istinadən xəbər verir ki, bu gün Qarabağa Rusiyanın Şərqi Hərbi Dairəsindən xüsusi təyinatlı tibbi heyət gətirilib.

Bundan əlavə, əraziyə “Leer 3” radioelektron mübarizə kompleksi yerləşdirilib. “Leer 3”ə mobil telefonlara mətn, foto və video göndərmək imkanına malik bir neçə dron daxildir. Bu baxımdan, hərbi leksikonda “Leer 3” mobil silah adlandırılır.

Müdafiə sahəsindəki mənbələr “İzvestiya” qəzetinə bildirib ki, bu dronlar humanitar əməliyyatlar zamanı yerli əhalini məlumatlandırmaq üçün istifadə ediləcək. “Leer 3”dən Suriyada da istifadə olunub.

Kompleksə həmçinin radioelektron mübarizə üçün modifikasiya edilmiş 3 “Orlan 10” Pilotsuz Uçuş Aparatı (PUA) və KamAz-5350 yük maşınını idarəetmə paneli daxildir.

2015-ci ildə istifadəyə verilən kompleksin ilkin vəzifəsi GSM mobil siqnallarını sıradan çıxarmaq olub. İki il sonra isə 3G və 4G dalğalarını zəiflətmək üçün imkanları artırılıb.

"Leer-3" mobil qülləni təqlid edərək müəyyən bir ərazidə saatlarla çaşqınlıq yarada bilər. Bu kompleks ümumiyyətlə şəbəkə olmayan ərazilərdə fəaliyyət göstərmək imkanına malikdir. Telefonlar avtomatik olaraq dron olan ən güclü siqnal mənbəyinə qoşulur. Elektron mübarizə üçün təkmilləşdirilmiş vasitələrin dəqiq xüsusiyyətləri açıqlanmır. Lakin “Orlon-10” PUA-nın kəşfiyyat versiyası 10-12 saat havada qala bilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar