Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya postsovet məkanında sürətlə öz təsirini itirməkdədir” - Ərəstun Orucludan Bişkek inqilabına şərh

Bu inqilab MDB məkanında Rusiyanın geosiyasi maraqlarına necə təsir edə bilər?..

Siyasi şərhçi: “Qırğızıstanda faktiki olaraq paralel hökumət formalaşdırıldı”.

MDB məkanında bir-birinin ardınca baş verən inqilablar əlbəttə ki, Rusiyanın mövqelərini ciddi şəkildə laxladır”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Qırğızıstanda baş verən yeni inqilabı PİA.az-a şərh edərkən qeyd edib.

Dünəndən Bişkekdə növbəti inqilab dalğası başlayıb. Belə ki, oktyabrrın 4-də keçirilən seçkilərin elan olunmuş nəticələrinə etiraz edən xalq kütləsi Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev həbsxanadan azad edib.

Qeyd edək ki, çərşənbə axşamı keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Qırğızıstanın paytaxtında yerləşən Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasının binasına daxil olub, orada olan keçmiş Prezident Almazbek Atambayevin azad edilməsinə nail olublar.

Etirazçılar təcridxananın qapısını sındırıblar. Xüsusi təyinatlıların əməkdaşları da Atambayevin və onun silahdaşlarının buraxılmasını tələb edən aksiya iştirakçılarına qoşulublar.

Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. Siyasətçi ötən ilin avqustunda 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və o vaxtdan Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında saxlanılırdı. Ona qarşı korrupsiya və kütləvi iğtişaşların təşkili kimi bir sıra ittihamlar irəli sürülmüşdü.

Son xəbərlərə görə etirazçılar hökümət və parlament binalarını ələ keçirən etirazçılar hökümət binasını yandırıblar. Bişkəkmeriyasının binası da etirazçıların əlindədir. 

Göründüyü kimi bazar günü Qırğızıstanda keçirilən parlament seçkilərindən sonra faktiki olaraq çevriliş baş verir. Qırğıstanın hazırkı hakimiyyəti Rusiyaya nə qədər yaxın idi və bu inqilab MDB məkanında Rusiyanın geosiyasi maraqlarına necə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Atambayevin rusiyapərəs siyasətçi olmamasını nəzərə aldıqda bir daha belə qənaətə gəlmək olar ki, Rusiya postsovet məkanında sürətlə öz təsirini itirməkdədir”.

Qırğızıstanda hadisələrin bu istiqamətdə inkişaf etməsi, güc strukturlarının vəzifələrdən kənarlaşdırılması, prezidentin iflic vəziyyət düşməsi ölkədə mövcud hakimiyyətin idarəçilikdən kənarda olmasının göstəricisi olduğunu vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında əlavə edib ki, bu istənilən halda hakimiyyət dəyişikliyi deməkdir:

“Qırğızıstanda ayın 4-də keçirilən parlament seçkilərindən sonra başlanan etirazlar bu gün səhər faktiki olaraq Qırğızıstanda hakimiyyətin fəaliyyətdən kənarlaşdırılması ilə nəticələndi. Belə ki, keçmiş prezident Almazbek Atambayev, keçmiş baş nazir və daxili işlər naziri həbsdən azad olunub. Bununla yanaşı bütün vəzifələrə - milli təhlükəsizlik xidmətinə, daxili işlər nazirliyinə və hətta merin yerinə yeni müxalifət nümayəndələri təyin olunub.

Qırğızıstanda faktiki olaraq paralel hökumət formalaşdırıldı. Təbii ki, hadisələrin bu istiqamətdə inkişaf etməsi, güc strukturlarının vəzifələrdən kənarlaşdırılması, prezidentin iflici vəziyyət düşməsi ölkədə mövcud hakimiyyətin idarəçilikdən kənarda olmasını göstərir. Bu əlbəttə ki, istənilən halda hakimiyyət dəyişikliyi deməkdir. Bunu yeni seçkilərlə və yaxud başqa formada necə legitimləşəcəyini söyləmək bir qədər çətindir. Amma hər halda bir forma tapılacaq.

Ərəstun Oruclu: “Artıq əminliklə demək olar ki, Rusiya postsovet məkanına nəzarət edən bilmir”.

MDB məkanında bir-birinin ardınca baş verən inqilablar əlbəttə ki, Rusiyanın mövqelərini ciddi şəkildə laxladır. Nəzərə almalıyıq ki, Mərkəzi Asiya ölkələrində, o cümlədən Qırğızıstanda maraqlı olan bəzi Qərb dairələri deyil. Qırğızıstanda maraqlı olan ölkələrdən biri də Çindir.

Artıq əminliklə demək olar ki, Rusiya postsovet məkanına nəzarət edən bilmir. Xüsusilə də Atambayevin rusiyapərəs siyasətçi olmamasını nəzərə aldıqda bir daha belə qənaətə gəlmək olar ki, Rusiya postsovet məkanında sürətlə öz təsirini itirməkdədir. Bu bizim üçün də müsbət haldır. Çünki Rusiya Cənubi Qafqazı da eynilə öz təsir dairəsində saxlamağa çalışır. Rusiya bunun üçün hətta münaqişələri qızışdırır və başqa üsullara da əl atır. Amma çox güman ki, artıq köhnə MDB modeli işləməyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket: Qırğızıstan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar