Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya nüvə silahından istifadə etsə...“ - Pentaqonun rəhbəri

ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib ki, hazırda iki ölkə ABŞ üçün nüvə təhlükəsi daşıyır: Rusiya və Şimali Koreya


Karterin sözlərinə görə, ABŞ NATO-dakı müttəfiqlərilə birlikdə Rusiyanı nüvə silahı işlətmək niyyətindən uzaq tutmağa çalışır. “Moskvanın son vaxtlar yumruq silkələməsi və yeni nüvə sistemləri yaratması onun nüvə təhlükəsizliyi ilə bağlı çoxdan oturuşmuş köhnə qaydalara sadiqliyi ilə bağlı suallar yaradır”,- Karter deyib. 

O, əlavə edib ki, “ABŞ konflikt üçün bəhanə axtarmır, əksinə, onlardan yayınmağa çalışır”.

ABŞ-ın özünü və müttəfiqlərini müdafiə etməyə hazır olduğunu söyləyən Pentaqonun rəhbəri bəyan edib ki, “Nüvə silahından istənilən formada istifadə etmək cəhdinə daha güclü və effektiv cavab veriləcək”.

O, Hindistanın və Çinin nüvə texnologiyalarını pozitiv yöndə iştirak etdirdiklərini qeyd edib: “Bu dövlətlər özlərini peşəkarcasına aparırlar”.

İranın nüvə proqramına toxunan Karter bunu təhlükə kimi görmədiklərini açıqlayıb.(azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar