Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə Türkiyə arasında uçurum var... - Türkiyə niyə Minsk qrupunun bərpasını gündəmə gətirir?

Politoloq: “Türkiyə və Rusiya arasında son günlər Qarabağda fəaliyyətlə bağlı fikir ayrılıqları dərinləşir”

Rusiyanın təktərfli missiyasında israrlı olması, Türkiyənin Minsk qrupu çərçivəsində danışıqların aparııla bilməsi çərçivəvini səsləndirməyə məcbur edir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Türkiyə tərəfindən Minsk qrupunun fəaliyyətinin bərpası fikirlərinin səsləndirilməsi səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son açıqlamasında deyib ki, lazım gələrsə ATƏT-in Minsk qrupu yenə də rol oynaya bilər. Bildiyimiz kimi həm Çavuşoğlu, həm də Ərdoğan ATƏT-in Minsk qrupunu tənqid edirdilər. Deyirdilər ki, 25 ildə ATƏT-in Minsk qrupu yarıtmaz fəaliyyət göstərib.

Bəs indi Ankaranın Minsk qrupu formatından imtina edilməsini lazım bilməməsinin səbəbləri nədir?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Minsk qrupunun fəaliyyəti status məsələsini ortaya çıxaracaq. Bu da regionda sülh və təhlükəsizliyi təhdid edəcək”.

Ankaranın ABŞ-la birgə fəaliyyət göstərərək Rusiyaya təzyiq etmək planına malik olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Rusiya Türkiyə ilə birgə fəaliyyətdə ciddi pozuntulara yol verir. Ona görə də Ankara Moskvaya mesaj verir ki, ABŞ-la birgə ola bilərəm:

“Türkiyə və Rusiya arasında son günlər Qarabağda fəaliyyətlə bağlı fikir ayrılıqları dərinləşir. Qarabağda iki ölkənin sülhməramlı qüvvələrin birgə fəaliyyəti, Monitorinq Mərkəzində fəaliyyət və bu kimi əvvəlcədən razılşadırılmış anlaşmalar Moskva tərəfindən tam əməl edilmir. Rəsmi Kreml Türkiyənin Qarabağda fəaliyyətini daha da azalatmaq üçün yeni şərtlər irəli sürür. Bu da Türkiyənin haqlı narazılığına səbəb olur. Məhz prezident R. T.Ərdoğanın Rusiya sülhməramlı qüvvələrinə müəyyən zamandan sonra ehtiyac qalmayacağını, oradan çıxarılması barədə dedikləri Moskvaya mesajdır.

Rusiya hakimiyyəti əldə edilən razılılqlara rəğmən Ankaraya qarşı buradakı siyasəti R. T. Ərdoğanın haqlı narazılığına səbəb oldu. Türkiyə hakimiyyəti, artıq Rusiyanın Qarabağda etibarlı tərəfdaş olmadığının fərqindədir.

Biz Rusiyanın Qarabağda fəaliyyətinə nəzər salsaq görərik ki, onlar 10 noyabrda imzalanan 9 bəndlik Bəyannamədə iki bəndə əməl edib. Bunlar üç rayondan erməni silahlı birləşmələrinin çıxarılması və nəqliyyat kommunikasiyaların açılmasıdır. Digər bəndlərin yerinə yetirlməsinə gəldikdə isə, Kreml tələsmir. Hətta Türkiyə ilə ikitərəfli danışıqlarda əldə olunmuş razılaşmalara tam əməl etmir. Buna baxmayaraq Türkiyə Qarabağda Rusiyanın fəaliyyətinə geniş miqyasda imkan verməyəcək. Türkiyə məhz bu aspketdə Azərbaycanda öz hərbi imkanlarını artırır ki, masada mövqeyini gücləndirsin.

Məhəmməd Əsədullazadə: “Rusiya konkret sülhməramlı missiyası ilə məşğul olmasa, Bakı və Ankara Rusiyaya növbəti beş il ərzində Qarabağda fəaliyyətinə icazə verməməlidir”.

Rusiya Qarabağda strateji cəhətdən uzun müddət öz mövqeyini güclü şəkildə qoruya bilməyəcək. İlk növbədə Rusiya konkret sülhməramlı missiyası ilə məşğul olmasa, Bakı və Ankara Rusiyaya növbəti beş il ərzində Qarabağda fəaliyyətinə icazə verməməlidir.

Məhz tərəflər arasında fikir ayrılıqları yarandığına görə Rusiyanın təktərfli missiyasında israrlı olması Türkiyəni Minsk qrupu çərçivəsində danışıqların aparıla bilməsi fikirlərini səsləndirməyə məcbur edir. Görünür, Ankara ABŞ-la birgə fəaliyyət göstərərək Rusiyaya təzyiq etmək planına malikdir.

Minsk qrupunun fəaliyyətinə gəldikdə isə düşünürəm ki, bu ziyanlı prosesdir və burada problemi dərinləşdirən Rusiyadır. Rusiya Türkiyə ilə birgə fəaliyyətdə ciddi pozuntulara yol verir. Ona görə də Ankara Moskvaya mesaj verir ki, ABŞ-la birgə ola bilərəm. Düşünürəm ki, Minsk qrupunun fəaliyyəti status məsələsini ortaya çıxaracaq. Bu da regionda sülh və təhlükəsizliyi təhdid edəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Ən çox oxunanalar