Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistandakı səfiri Azərbaycana göndərə bilər?


Volıkinin səlahiyyət müddəti martda bitir


Rusiyanın Ermənistandakı səfiri İvan Volıkinin işğalçı ölkədə səfir fəaliyyəti üçün müddəti bitir.

 O martın 22-də Rusiyanın Ermənistandakı səfiri vəzifəsindən gedəcək. Volıkinin təqaüdə, yoxsa başqa hansısa ölkəyə səfir göndəriləcəyi barədə hələlik Rusiya XİN heç bir məlumat yaymayıb.

Rusiyanın Azərbaycanda isə hələ də səfiri yoxdur. 2017-ci il noyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Vladimir Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ancaq bu günədək ölkəmizə yeni səfir təyin olunmayıb. Bu post hələ boş saxlanılır. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini dəstəklədiyi barədə informasiya yayılıb. Ardından bəzi media orqanlarında Azərbaycan tərəfinin G.Zuyevin təyinatına aqreman vermədiyini və səbəbdən Zuyevin namizədliyinin arxa plana keçirilməli olduğunu yazıb. G.Zuyev xarici işlər naziri Sergey Lavrovun yaxın adamı və qatı ermənipərəst, anti-Azərbaycan mövqeyində olan şəxsdir.  Zuyevin qəbul edilməməsindən sonra səfir təyinatı bu günədək həyata keçirilməyib. Keçən ilin sonlarında Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Azərbaycana səfir yanvar ayının əvvlində təyin ediləcək. Lakin artıq fevral ayının da xeyli hissəsi arxada qalıb, səfir təyinatı olmayıb.



Bəs, İvan Volıkinin Ermənistandan getdikdən sonra Azərbaycana səfir göndərilməsi mümkündürmü, Rusiya buna gedərmi və bu baş versə, Azərbaycan necə reaksiya verməlidir? Hər halda diplomatların yerdəyişməsi praktikası da var. Onu da qeyd edək ki, Volıkin Ermənistanda bir elə də sevilməyən rus səfiridir və onunn dönımində işğalçı ölkədə anti-Rusiya ovqatı güclənib . O, Azərbaycana səfir göndərilsə, bu məqam da nəzərə alına bilərmi?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, böyük ehtimalla, Rusiya Xarici İşlər Nazirliyi Volıkini Azərbaycana səfir göndərməz: “Çünki əvvəla, eyni səfirin ”Ermənistanla əməkdaşlıq Rusiya üçün vacibdir" və “Azərbaycanla əməkdaşlıq Rusiya üçün vacibdir” deməsi ikili standartlardan xəbər verəcək. Ayrı-ayrı səfirlərin bunu deməsi mümkündür. Ancaq eyni diplomatın əvvəlcə İrəvanda, daha sonra isə Bakıda bunu deməsi ciddi qəbul olunmayacaq".

Politoloq həmçinin dedi ki, rəsmi Bakı Rusiyanın Ermənistandakı səfirinin Azərbaycana səfir təyin edilməsinə müsbət baxmaz: “Rəsmi Bakı Rusiyanın Azərbaycana elə bir diplomatın səfir təyin olunmasını istəyir ki, birincisi, Azərbaycanın daxili işlərinə qarışmasın, ikincisi, keçmişdə adı separatçılara dəstək verməsi ilə xatırlanmasın. Rəsmi Bakı Zuyevi elə ona görə təsdiq etmədi ki, həmin şəxs Gürcüstanda separatizmi dəsətkləyirdi”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar