Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistan “obezyanlarına” qadağa qoydu

Ermənistanın baş naziri Nikol Paşinyanın futbol üzrə Dünya Çempionatının açılış mərasimi üçün getdiyi Moskvada prezident Vladimir Putinlə görüşündən az sonra -iyunun 15-də “Rosselxoznadzor” onun ölkəsinə qarşı əcaib qadağa tətbiq edib


“Rosselxoznadzor” əvvəlcə Ermənistandan bütün növ canlıların-sürünənlərin, uçanların, dördayaqlıların və s. Rusiyaya gətirilməsinə qadağa qoyulduğu haqda TASS məlumat yayıb. 

Sosial şəbəkələrdə dərhal bu qadağa Paşinyanla Putinin görüşündə anlaşma əldə edilməməsi kimi yozulub. Çünki “Rosselxoznadzor” bundan əvvəl də dəfələrlə Kremlin cəzalandırmaq istədiyi keçmiş sovet respublikalarına qarşı siyasi təzyiq aləti kimi tətbiq edilib.

Daha sonra “Rosselxoznadzor” açıqlamaya düzəliş edərək bildirib ki, əvvəlki bəyanat yanlış anlaşılıb və qüvvədən düşmüş hesab olunur. Əslində Ermənistandan təkcə primatlar sinfinə (yarımmeymunlar və meymunlar sinfi, əslində biologiya elmində insan da bu sinfə aid edilir-red.) aid olan canlıların Rusiya ərazisinə gətirilməsi “müvəqqəti qadağan olunur”.

“Rosselxoznadzor” bunu Ermənistandan Rusiyaya primatlar sinfinə aid canlıların gətirilərkən sənədli və  fiziki nəzarət zamanı dəfələrlə pozuntuların qeydə alınması ilə əsaslandırıb.

Məsələ burasındadır ki, Ermənistan meymunlar ölkəsi deyil və Afrikada yerləşmir. Bu səbəbdən “Rosselxoznadzor” nədən qəfildən Ermənistandan Rusiyaya meymunların gətirilməsi zamanı “dəfələrlə pozuntuların baş verdiyini” yada salıb və belə qadağa tətbiq edib? Axı Ermənistandan primatlar sinfinə aid olan məməlilərin Rusiyaya daşınması nə dərəcədə intensiv imiş ki, “Rosselxoznadzor” hərəkətə keçib?

Belə görünür ki, bu qadağa tamamilə siyasidir və hətta ermənilərə, Ermənistanın indiki rəhbərliyinə verilmiş təhqiramiz mesajdır. Çünki “meymun” sözünün rusca ifadəsi “obezyan” olduğuna görə qara yumor həvəskarları Rusiyada çox vaxt “obezyanların” da erməni olduğu haqda lətifələr qoşurlar. Və Putinin xoşuna gəlməyən xarici liderlərin Rusiya təbliğat vasitələrində qara yumor hədəfinə çevrildiyi barədə çoxsaylı nümunələr göstərmək olar.

Putin-Paşinyan görüşünün jurnalistlərə açıq hissəsinin videokadrlarında Rusiya prezidentinin rus dilində çox pis danışan, fikirlərini düz-əməlli ifadə edə bilməyən saqqallı Ermənistan liderini necə istehza ilə süzdüyünü görmək çətin deyil. Hansı ki, bu saqqallı inqilabçı-keçmiş qəzet redaktoru öz komandasını tamamilə qərbyönümlü tərəfdaşlarından, hətta Putini söyənlərdən formalaşdırıb. Və Paşinyanın hökumətinin  belə tərkibi Rusiya siyasi dairələrində çox aqressiv qarşılaşıb və neçə vaxtdır ki, Ermənistanın yeni hakimiyyətinə qarşı sistemli təbliğat aparılır. Paşinyana müxtəlif ekspertlərin vasitəsilə mesajlar verilir ki, Rusiyanın maraqlarına qarşı bu cür laqeydlik Ermənistana Qarabağın itirilməsi hesabına başa gələ bilər. İndi isə Ermənistandan “obezyanların” Rusiyaya girişinə qadağa qoyulur...Virtualaz.org

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar