Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya enerjisindən asılılığımızı azaltdıq - Alman nazir

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin enerji sahəsində Rusiyadan asılılığını gözlənilmədən azaltdığını deyib...

Poliqon xəbər verir ki, Pistorius Moskva ilə münasibətlərində əlaqələri kəsmək deyil, riskləri azaltma siyasəti həyata keçirdiklərini bildirib.

Avropa təhlükəsizliyinə tarixi təsirlər göstərən Rusiya-Ukrayna müharibəsinin Almaniyanın müdafiəyə münasibətini dəyişdirdiyinə diqqət çəkən Pistorius ölkəsinin təhlükəsizlik vasitəsi olaraq silah ixracı üçün bələdçi olan ilk Milli Təhlükəsizlik Strategiyası üzərində çalışdıqlarını qeyd edib.

Nazir Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynaya dəstək məqsədi ilə irəli sürdüyü hərbi sursat istehsalı təşəbbüsünün Aİ üzvü olmayan ölkələrə də açılmasının vacibliyini vurğulayıb.

Moskvanın Rusiya-Ukrayna müharibəsinə görə NATO-nu ittiham etməsini “açıq-aşkar yalan” adlandıran alman nazir bildirib ki, Alyansı ittiham etmək Rusiyanın “qanunlara hörmətsizliyinin” göstəricisidir.

Almaniya və Hindistanın 23 ildir strateji tərəfdaşlıq içində olduğunu bildirən Pistorius, 2024-cü ildə Almaniya donanmasının Hind-Sakit okean bölgəsində yenidən yerləşəcəyini və Hindistan donanması ilə dəniz təlimləri keçirəcəyini bildirib.

Pistorius Almaniya silahlı qüvvələri olan Bundesver-in Hind-Sakit Okean regionunda mövcudluğunu gücləndirəcəyinə, eləcə də Avropada çəkindirmə və müdafiəyə diqqət yetirəcəyinə, eyni zamanda Avropanın silahlı qüvvələri üçün mühüm mesaj olacağına diqqət çəkib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Prezident general-mayoru rütbəsindən məhrum edib

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"

Ən çox oxunanalar