Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya elitasına hücum... – Kiyevin hədəfində kimlər var?..

Moskva ətrafında pilotsuz təyyarələrin düşdüyü yerlərin yaxınlığında kimlər yaşayır?..

Çərşənbə axşamı Moskva vilayətinin beş yaşayış məntəqəsində, İlyinski, Razdor, Romaşkovo, Timoşkino və Qrinfilddə pilotsuz təyyarələr peyda olub.

İlinski yaxınlığında, pilotsuz təyyarənin qəzaya uğradığı yerdən təxminən 4,5 km aralıda Putinin Novo-Oqaryovo iqamətgahı yerləşir. İqamətgahdan bir qədər uzaqda Putinin dostları Arkadi və Boris Rotenberqlərin, habelə Milli Qvardiyanın komandiri Viktor Zolotovun övladları olan Nikolay Şamalovun, prezident administrasiyası rəhbərinin müavini Aleksey Qromovun evləri var.

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın müxalif “Proyekt” layihəsinin təhqiqatında bildirilir.

İlinskidə həmçinin Şoyqunun məşuqəsi olduğu iddia edilən Yelena Şebunovanın, müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun, “xüsusi əməliyyat”ın keçmiş komandanı Sergey Surovikinin həyat yoldaşının, Dövlət Dumasının deputatı Dmitri Sablinin evləri, Aleksey Xudainatovun oğlu, həmçinin İqor Seçinin uşaqlarının evləri var. O cümlədən “Rosoboroneksport”un rəhbəri Alexander Mixeev ailəsi də həmin ərazidə yerləşir.

Maliyyə naziri Anton Siluanovun, “Rostex”in baş direktoru Sergey Çemezovun qayınanası, NMLK-nın sahibi Vladimir Lisinin, Konstitusiya Məhkəməsinin rəhbəri Valeri Zorkinin, “Sberbank”ın rəhbəri German Qrefin evləri Barvixada, Razdorda yerləşir. İqor Seçin və uşaqlarının evləri bura da da evləri var.

Razdora yaxınlığında həm də Baş nazirin müavini Anton Siluanovun, Dmitri Medvedevin mühafizəsinin rəisi Mixail Mixeyevin ailəsinin və Sergey Çemezovun uşaqlıq dostu Vitali Maşçitskinin evləri var. Burada həmçinin Qaydar Əliyevin, Vladimir Lisinin, prezidentin Volqa federal dairəsi üzrə nümayəndəsi İqor Komarovun mülkləri var.

Romaşkovo yaxınlığında milyarder Roman Rotenberqin, Moskvanın keçmiş meri Yuri Lujkovun dul arvadı Yelena Baturinanın, Aleksandr Şoxinin, həmçinin Dövlət Dumasının deputatı Vladimir Resinin həyat yoldaşının və keçmiş xarici iqtisadi əlaqələr naziri Sergey Qlazyevin həyat yoldaşının evləri var.

Federasiya Şurasının spikeri Valentina Matviyenko Timoşkino rayonunda yaşayır. Yaxınlıqda Mixail Fradkov, Tatyana Anodina, Baş nazirin keçmiş müavini İlya Klebanovun oğlu Nikolay Azarovun evləri var.

Qrinfilddə “Qazprom”un rəhbəri Aleksey Millerin sarayı, bu kənddən bir neçə kilometr aralıda isə Baş nazir Mixail Mişustinin evi yerləşir. Yaxınlıqda milyonçu Ziyad Manasir, Nikita Mixalkov, Andrey Konçalovskinin, ədliyyə naziri Konstantin Çuyçenkonun və Baş nazirin müavini Dmitri Çernışenkonun həyat yoldaşlarının evləri yerləşir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ən çox oxunanalar