Ukraynanın işğalı fonunda 2023-cü ildə Rusiya aviaşirkətlərinə regional uçuşlar üçün subsidiyaları 9 milyarddan 7,5 milyard rubla qədər azaldıb və bu azalmanı büdcə kəsiri ilə izah edib...
Poliqon “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, dövlət dəstəyinin azalması səbəbindən Rusiya aviaşirkətləri daxili reysləri kütləvi şəkildə ləğv etməyə başlayıb. Dövlət dəstəyi proqramına daxil olmayan ən çox marşrut Omsk və Tümen vilayətlərində, Tatarıstanda, Sankt-Peterburqda, Dağıstanda və Şimali Osetiyada həyata keçirilir.
Kemerovo-Çita və Nijni Novqorod-Petrozavodsk marşrutları üzrə uçuş proqramları artıq ləğv edilib. "Rossiya" aviaşirkəti Sankt-Peterburqdan Tobolska həftəlik iki uçuşu yerinə yetirməyib.
Rusiya Nəqliyyat Nazirliyi artıq 2023-cü ilin yay mövsümündə nəqliyyat subsidiyalarının azalması ilə əlaqədar daxili reyslər üçün aviabiletlərin qiymətinin 15-30% artırılmasının mümkünlüyünü açıqlayıb.
Qeyd edək ki, 2022-ci ilin mart ayında dünya aviasiya nəhəngləri "Boeing" və "Airbus" Rusiya Federasiyasında fəaliyyətini dayandırıb, buna görə təyyarələrin təmiri üçün ehtiyat hissələri çatışmazlığı yaranıb. Avropa ölkələri, eləcə də ABŞ, Kanada və bir sıra digər ölkələr Rusiya aviaşirkətlərinin təyyarələrin uçuşa yararlılıq sertifikatlarının qüvvəsini dayandırıb.
26 sentyabr 2022-ci ildə məlum olub ki, Rusiya aviaşirkətləri ən nüfuzlu reytinqdən kənarlaşdırılıb.
2022-ci ilin noyabrına olan məlumata görə, 50-yə yaxın "Aeroflot" təyyarəsi boş vəziyyətdədir və onların yarısı ehtiyat hissələri üçün sökülüb. "Aeroflot"da relslər, fənərlər, köməkçi güc blokları, hava girişləri, oksigen generatorları və mühərriklərdə çatışmazlıq olduğu bildirilir.
Poliqon.info