Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya alimləri Azərbaycanda Samur çayını tədqiq edəcək

“Rusiya alimlərinin iki ölkə sərhədi boyunca axan Samur çayının tədqiqi üçün Azərbaycana ilk ekspedisiyası 2023-cü ilin dekabrında baş tutacaq”...

Bu barədə “TASS”a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, layihə su ehtiyatlarının qorunması və iqlim dəyişikliyi ilə mübarizə üçün vacibdir:

“Bu çayın su ehtiyatlarının qorunması bizim üçün mühüm amildir. Rusiya alimlərinin Azərbaycana ekspedisiyası gözlənilir. Hövzələrin biomüxtəlifliyi, su ehtiyatları, yeraltı suların səth sularında dəyişikliklər baxımından birgə tədqiqatlar aparılacaqdır. Buna əsaslanaraq, layihə təkliflərini daha ətraflı şəkildə formalaşdıracağıq. Layihə iqlim dəyişikliyinə uyğunlaşma sahəsində, eləcə də atmosferə istixana qazlarının tullantılarını azaltmaq üçün vacibdir”.

R. Verdiyev əlavə edib ki, alimlər Samur çayı hövzəsində əvvəllər belə ətraflı ekspedisiyalar aparmayıblar:

“Birgə tədqiqatlar təkcə Azərbaycan ərazisində deyil, həm də Rusiya ərazisində, Dağıstanda aparılacaq. Son 20-30 ildə iqlim dəyişikliyi su təchizatı və kənd təsərrüfatının inkişafı şəraitinin əhəmiyyətli dərəcədə pisləşməsinə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə, quraqlığa, səhralaşmaya səbəb olub ki, bu da ölkələrin iqtisadiyyatına və insanların həyatına mənfi təsir göstərir.

İqlim dəyişikliyi ilə mübarizə üçün biz və Rusiya bir sıra layihələr planlaşdırırıq. Onların əsas məqsədləri meşələrin, bitki örtüyünün salınması, sahil mühafizə zonasının möhkəmləndirilməsi, eroziya və səhralaşma ilə mübarizə yolu ilə su ekosistemlərini, eləcə də hövzənin biomüxtəlifliyini qorumaqdır. Bütün bu fəaliyyətlər hövzənin iqlim dəyişikliyinə davamlılığına və su ehtiyatlarının qorunmasına səbəb olacaqdır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar