Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus bölmələrində tədris oluna dərslikdə yol verilən kobud “səhv” - Rusiyaya yarınmaq siyasəti kimlərə lazımdır?

Rus bölmələrində tədris olunan 4-cü sinif rus dili dərsliklərində 20 yanvar hadisələri Sovet ordusunun Bakını işğal etməsini təcavüz faktı kimi yox, Azərbaycan Xalq Cəbhəsinin “dağıdılması” əməliyyatı kimi qələmə verilib...

Təhsil eksperri: “Son dövrlər rusmeyilli bəzilərinin yürütdüyü fikirlər təbii ki, özünü hər bir məsələdə büruzə verir. Təəsüflər olsun ki, bu dərsliklərdə də öz əksini tapır”.

“Bu yalnışlıqların hamısı təsadüfü ola bilməz. Bu səhvlər bilə-bilə qəsdən törədilmiş faktlardır. Buna görə də Təhsil Nazirliyi müəyyən dərsliklərin hazırlanmasında işçi qrupunun tərkibini düzgün müəyyən etməlidir”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Azərbaycanda rus bölmələrində tədris olunanan dərslikdə verilən səhvin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Rus bölmələrində tədris olunan 4-cü sinif rus dili dərsliklərində 20 yanvar hadisələri Sovet ordusunun Bakını işğal etməsini təcavüz faktı kimi yox, Azərbaycan Xalq Cəbhəsinin “dağıdılması” əməliyyatı kimi qələmə verilib. Belə bir halın təsadüfi səhv olduğuna ehtimal vermək olar? Ümumiyyətlə Azərbaycan təhsilində Rusiyaya yarınmaq siyasətinin milli dəyərlərimizə vurduğu ziyanlar barədə nə demək mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Azərbaycanda bəzi şəxslərin əli hələ də təhsilin üzərində olduğu üçün onların söz demək, yaxud da müəyyən fikirləri diqtə etmək imkanları var”.

Belə hal olmasın deyə Təhsil Nazirliyinin müntəzəm olaraq monitorinqlər həyata keçirməli olduğunu bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, biz qarşıdakı illərdə də bu kimi məsələlərlə üzləşməyək? deyə bu işə milli düşüncəli insanlar cəlb edilməlidir:

“Təəsüflər olsun ki, dediyiniz fakt ümumtəhsil məktəblərdə tədris olunan 4-cü sinif dərsliklərində var. Bu fakt tamamilə yanlışdı. Müvafiq olaraq bu faktın özü təhrifə məruz qalıb. Biz orta ümumtəhsil məktəblərdə tədris olunan vəsaitlərin bəzilərində bu kimi yalnışlıqları görürük. Bu yalnışlıqlar təkcə Rusiya ilə bağlı deyil. Dərsliklərdə başqa ölkələrlə bağlı da səhvlərə, xətalara yol verildiyinin şahidiyik.

Düşünürəm ki, bu yalnışlıqların hamısı təsadüfü ola bilməz. Bu “səhvlər” bilə-bilə qəsdən törədilmiş faktlardır. Buna görə də Təhsil Nazirliyi müəyyən dərsliklərin hazırlanmasında işçi qrupunun tərkibini düzgün müəyyən etməlidir. Orada sağlam tərkib olmalıdır. Milli təfəkkürlü şəxslər orada yer almalıdır ki, bu kimi hallara yer verilməsin.

Elçin Əfəndi: “Rusiyanın dəfələrlə Azərbaycan xalqına qarşı yürütdüyü yalnış siyasəti hər bir vətəndaş bilməlidir. Yəni hər bir vətəndaş buna uyğun davranmalıdır”.

Son dövrlər rusmeyilli bəzilərinin yürütdüyü fikirlər təbii ki, özünü hər bir məsələdə büruzə verir. Təəsüflər olsun ki, bu dərsliklərdə də öz əksini tapır. Amma yaxşı olar ki, biz milli kimliyimizi dərk edək və milli kimlikdən yola çıxaq. Rusiyanın dəfələrlə Azərbaycan xalqına qarşı yürütdüyü yalnış siyasəti hər bir vətəndaş bilməlidir. Yəni hər bir vətəndaş buna uyğun davranmalıdır.

Azərbaycanda bəzi şəxslərin əli hələ də təhsilin üzərində olduğu üçün onların söz demək, yaxud da müəyyən fikirləri diqtə etmək imkanları var.

Dərsliklərin hazırlanmasında ümumi olaraq uşaqların psixologiyası, yaşı nəzərə alınmalıdır. Dərsliklər bu kimi və bəzi kateqoriyalara cavab verdiyi zaman çap oluna bilər. Bizdə müəyyən olunan kateqoriyalara cavab vermədiyi halda dərsliklər çapa gedir. Belə hal olmasın deyə Təhsil Nazirliyi müntəzəm olaraq monitorinqlər həyata keçirməlidir. Həmçinin bir daha qeyd edim ki, milli düşüncəli insanlar bu işə cəlb edilməlidir ki, biz qarşıdakı illərdə də bu kimi məsələlərlə üzləşməyək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ən çox oxunanalar