Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüfət Aslanlının da bankı zərərlə üzləşdi, müştərilər pullarını geri çəkirlər – Fakt

"Bank Avrasiya" 2020-ci ilin birinci yarısının 1.578 milyon manat məbləğində zərərlə başa vurub. Birinci rübdə bankın mənfəətinin 145 min manat olduğunu nəzərə alsaq, deməli, ikinci rübdə "Bank Avrasiya" 1.723 milyon manat zərərlə üzləşib.

"Bank Avrasiya"nın faiz gəlirləri 5 milyon 408.85 min manat, faiz xərcləri isə 1 milyon 35.36 min manat təşkil edib.

HAVAYA UÇURULAN MİLYONLAR

"Bank Avrasiya”nın gəlirləri azalıb, əməliyyat mənfəəti geriləyib ...

30 iyun 2020-ci il tarixinə bankın aktivləri 161 milyon 201 manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 9.237 milyon manat azalmadan xəbər verir. Xalis kredit portfeli təxminən 6 milyon manat azalaraq 91.364 milyon manata çatıb. Maraqlıdır ki, bankın istehlak kreditləşməsini ilin əvvəlindən təxminən 5 milyon manat artıraraq 8.5 milyon manata çatrıb, əvəzində biznes kreditləri 5.369 milyon manat azalaraq 57.762 milyon manata, daşınmaz əmlak kreditləri isə 1.651 milyon manat azalaraq 40.998 milyon manata enib.

107.216 milyon manat təşkil edən ümumi kredit portfelinin strukturuna nəzərə salanda aydın olur ki, bunun 11.415 milyon manatı və ya 11%-i ümidsiz, təxminən 22 milyon manatı və ya 20%-i qeyri-qənaətbəxş kreditlərdir.

Yeri gəlmişkən, bankın mümkün zərərlər üçün 15.852 məqsədli ehtiyat yaratmağa məcbur olub.

MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİR

Maliyyə göstəricilərinin təhlili onu deməyə əsas verir ki, ilin əvvəlindən müştərilər bankdan 6 milyon manat çıxarıb. Düzdür, bank ikinci rübdə depozitlərin bir hissəsi qaytara bilib. Belə ki, birinci rübdə bankdan 8.7 milyon manat çıxarılmışdı və depozit portfeli 45.097 milyon manatadək azalmışdı. Lakin ikinci rübdə 2.7 milyonm manat depoziti geri qaytara bilib və hazırda portfel 47.852 milyon manata çatıb.

Fiziki şəxslərin əmanətləri 40.395 milyon manat, hüquqi şəxslərin depozitləri isə 7.456 milyon manat təşkil edir. Hüquqi şəxslərin banka inamı az qala ikiqat azalıb. Belə ki, ilin əvvəlinə hüquqi şəxslərin bankdakı depozitlərinin həcmi 14.837 milyon manat olub.

Bankın nizamnamə kapitalı 50 milyon manat, məcmu kapitalı isə 67.295 milyon manat (requlyativ norma - 50 milyon manat) təşkil edir.

Xatırlatma: Adıçəkilən bankın Müşahidə Şurasının sədri Fuad Aslanov olsa da, bankı faktiki olaraq onun qardaşı Rüfət Aslanlının idarə etdiyi bildirilir. Rüfət Aslanlı prezidentin fərmanı ilə ləğv olunaraq səlahiyyətləri Mərkəzi Banka qaytarılan Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri olub.

Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank ...

KİMDİR BANKI İDARƏ EDƏN?

Hələ Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri olarkən Rüfət Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin o vaxtkı rəisi Kamran Əliyevə müraciət olunub. Türkiyənin “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan K.Əliyevə göndərdiyi şikayət məktubunun nüsxəsini yerli mətbuata da təqdim edib. O bildirib ki, 2012-ci il R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb. Razılaşmaya görə şirkət R.Aslanlıya məxsus Nərimanov rayonunda yerləşən “Roseville Apartments” yaşayış binasında ümumi sahəsi 620 kv.m. olan satın alınaraq birləşdirilmiş üç ədəd mənzildə və Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsr tipli villada quraşdırılması üçün xaricdən daxili dekorasiya məhsulları, texniki avadanlıqlar, lüstürlər, mebellər, ipək xalçalar alaraq gətirib. M.İyigörür həm villa, həm də birləşdirilmiş mənzillər üçün zəruri avadanlıqlardan başqa, R.Aslanlının sifarişi əsasında “Aslanlı” ailə nişanı ilə xüsusi toxunan xalçalar, dəsmallar, qoxulu sabunlar da hazırlatdıraraq keçmiş sədrə göndərib.

“Roseville Apartments” yaşayış binasında R.Aslanlıya məxsus mənzillər üçün onlarla TIR dolusu materiallar göndərilib.

Şikayətçinin sözlərinə görə, Rüfət Aslanlı həyat yoldaşı Leyla Aslanlı ilə birlikdə İtaliyanin Venesiya şəhərindəki MURANO adasına gedərək orada əl istehsalı, şüşədən hazırlanmış ümumi dəyəri 80 min avro olan 65 ədəd lüstür alıb. Hər bir lüstür L.Aslanlı tərəfindən tək-tək bəyənilərək seçilib.

Onlar İtaliyanin Milan şəhərinə gedərək orada “Aslanlı” ailə nişanı ilə Milanda xüsusi toxunan 100% ipək italyan xalçalar, Milanın ən bahalı ve lüks italyan mebel firması olan “BELCOR”dan ümumi dəyəri 410 min avro olan əl istehsalı 200-dən çox mebellər alıblar.

M.İyigörür R.Aslanlı və L.Aslanlı ilə dəfələrlə İstanbulda şirkətin Levent ofisində və ya R.Aslanlı və ailəsinin daim qaldığı “FOUR SEASONS” hotelindəki iclaslar keçirdiyini bildirib.

Orada ər və arvadın seçərək bəyəndiyi 3 ədəd əl istehsalı gizli kassalar, Amerika istehsalı olan divar kağızları, balkon mebelləri, yüzlərlə bəzək əşyası, “smart” ve səslə işləyən tualetlər, barmaq izi ilə açılan qapılar və “smart”, soyuduculu şərab dolabları, “Aslanlı” ailə nişanı ilə xüsusi olaraq emal edilmiş pərdələr, yataq örtükləri, qoxulu sabunlar, dəsmallar və digər məhsullar onların ünvanına göndərilib.

Mallar Amerika, İngiltərə, Belçika, Fransa, İtaliya kimi bir çox xarici ölkələrdən Türkiyəyə, oradan da Azərbaycana idxal edilib. Malların ümumi dəyəri 1 milyon 411 min 65 dollar məbləğindədir. R.Aslanlı 2016-cı ilədək hissə-hissə 603 min 14 dollar ödəyib. Onun şirkətə 808 min 51 dollar borcu qalıb.

Şikayətçi qeyd edib ki, ilk olaraq müqavilə R.Aslanlının özü ilə bağlansa da, sonradan onun istəyi ilə sifarişlər köməkçisi İsayev Elmar İslam oğlunun adına göndərilib. Yazışmalarda E.İsayev danışıqları müdiri R.Aslanlının adından etdiyini bildirib.

M.Güldoğan əlavə edib ki, borcun qaytarılması üçün R.Aslanlı ilə əlaqə saxlasalar da o, belə bir şirkəti tanımadığını və heç nə sifariş etmədiyini deyib. Rəsmi sənədlər ona təkrar göstərildikdən sonra isə sifarişlərin köməkçisi E.İsayevə məxsus olduğunu bildirib.

Daha sonra isə onlara pulu ödəməyəcəyini, məhkəməyə verərlərsə, özlərinin ziyanlı çıxacağını deyərək hədələyib.

Mustafa Veysəl Güldoğan müraciətinin sonunda Kamran Əliyevdən R.Aslanlının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunmasını xahiş edib.(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar