Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Nəcəf: “Əsas məqsəd 2050-ci ilə qədər “xalis sıfır” hədəflərinə çatmaqdır”

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas məqsədlərindən biri 2050-ci ilə qədər “xalis sıfır” (Net Zero) hədəflərinə çatmasıdır”...

Bu barədə bu gün SOCAR prezidenti Rövşən Nəcəf və bp-nin strategiya və davamlılıq üzrə icraçı vitse-prezidenti Culia Kerkia ilə görüşündə bildirilib.

Görüşdə cari il COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadının göstəricisi olduğu vurğulanıb.

Ötən ilin dekabrında SOCAR və bp şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair imzalanan anlaşma memorandumunun əhəmiyyəti qeyd olunaraq bu istiqamətdə görülən işlər nəzərdən keçirilib.

SOCAR-ın ekoloji sahədə fəaliyyəti, orta və uzunmüddətli perspektivdə emissiyaların azaldılması ilə bağlı müəyyənləşdirilən hədəfləri barədə məlumat verilib, hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, “sıfır metan” hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğu bildirilib.

Tərəflər, həmçinin enerji keçidi və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar