Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev: "Gələn il keçiriləcək futbol bayramında biz də iştirak etmək istəyirik"

R.Abdullayev milli komandanın futbolçuları və məşqçilər heyəti ilə görüşüb

AFFA prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri AVRO-2020-nin seçmə qrup mərhələsində qarşıdakı oyunlara hazırlaşan Azərbaycan milli komandasının futbolçuları və məşqçilər heyəti ilə görüşüb.

Assosiasiya rəhbəri Macarıstan və Slovakiya ilə rəsmi qarşılaşmalar öncəsi “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında komandaya uğurlar arzulayıb.

O, görüş zamanı millimizi AVRO-2020-nin final mərhələsində görmək arzusunu növbəti dəfə dilə gətirib: "Gələn il keçiriləcək futbol bayramında biz də iştirak etmək istəyirik. Həmin bayramdan kənarda qalmaq istəmirik. Bu da sizin əlinizdədir. Hər birinizə inanıram. Məşhur devizimizi xatırladaraq deyirəm ki, "Niyə də yox?". Çalışın bütün gücünüzü ortaya qoyun, azarkeşləri sevindirin. Bu, sizin karyeranız üçün də müsbət addım olar".

Daha sonra millinin kapitanı Maksim Medvedev ziyarətə görə AFFA prezidentinə təşəkkür edib. O bildirib ki, komandada ab-hava yüksək səviyyədədir və hər şey qaydasındadır: "Səbirsizliklə qarşıdakı oyunları gözləyirik. Çalışacağıq ən yaxşı nəticəni qazanaq. Azarkeşlərimizi öz meydanımızda sevindirmək istəyirik".

Qeyd edək ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi yığmamız iyunun 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək. Görüş "Bakcell Arena"da təşkil olunacaq.(ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar