Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ronaldu: “Qızıl top” və “The Best” mükafatları etibarını itirir”

Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) “The Best” və “France Football” nəşrinin “Qızıl top” mükafatlarının öz nüfuzunu itirdiyini bildirib...

“Qızıl top” və “The Best” mükafatları nüfuzunu, etibarını itirir. Bu o demək deyil ki, Messi bu mükafatlara layiq deyildi. Amma mən artıq bu mükafatlara inanmıram. Sadəcə olaraq yalan olmayan faktlar və rəqəmlər var. Məsələn, məndən 2023-cü ildə dünyanın bombardiri mükafatını ala bilməzlər. Çünki obyektiv rəqəmlər var”, - portuqaliyalı bəyan edib.

Qeyd edək ki, “Qızıl top” və “The Best” mükafatının hazırkı qalibi “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messidir.

Yanvarın əvvəlində 38 yaşlı Ronaldu əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb. 54 qol vuran hücumçu mükafatı 2023-cü təqvim ilinin ən yaxşı bombardiri kimi alıb.

Bu mövsüm Ronaldu klubu ilə birgə 25 matçda iştirak edib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.

Qeyd edək ki, portuqaliyalı beşqat “Qızıl top” sahibidir. (oxu.az)

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar