Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsul Quliyevin qohumu həbs olundu



Rusiyanın Komi Respublikasında həbs edilən oliqarx-deputat Akif Sayadov Rəsul Quliyevin yaxın qohumudur


Bu barədə Axar.az-a məlumat verən yerli qaynağın sözlərinə görə, Akif Sayadov bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putinə qarşı çıxış edib. 

Bundan dərhal sonra isə ona qarşı əməliyyat başlayıb və əməliyyat onun həbsi ilə yekunlaşıb. Rusiya xüsusi xidmət orqanları Akif Sayadovu bir müddət öncə həbs olunmuş vəhhabi təriqətinin üzvü olan altı azərbaycanlı ilə əlaqədə və radikal dini cərəyanı maliyyələşdirmədə ittiham edir.

Komi parlamentindən deputatın toxunulmazlığa malik olmadığı və bu cür həbs edilməsinin təəccüb doğurmadığı bildirilib. Ümumrusiya Azərbaycanlıları Konqresinin Komi bölməsi isə ittihamları cəfəngiyat adlandırıb.

63 yaşlı A.Sayadov "Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Azərbaycanda - Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə "Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib.

Mənbənin sözlərinə görə, Akif Sayadov hazırda mühacir həyatı yaşayan keçmiş spiker Rəsul Quliyevin qohumudur. Maliyyə oliqarxı sayılan Akif Sayadovun hakim partiyanın üzvü olduğu halda Putinin əleyhinə açıq çıxışlar etməsi siyasi dairələrdə narazılıq doğurub.
A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasındadır. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.

Mənbənin sözlərinə görə, ona qarşı irəli sürülən ittiham əmlakının müsadirəsi ilə nəticələnə bilər. Deputatı olduğu subyektin – Komi respublikasının A.Sayadovu müdafiə etməməsi isə həbsin birbaşa ölkə rəhbərliyinin siyasi iradəsi ilə gerçəkləşdiyi, hakim komandanın himayəsi ilə var-dövlətə sahib olan oliqarxın müxalif fikirlərinin ona baha başa gələcəyi və sərvətinin müsadirəsi barədə ehtimalları gücləndirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar