Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Respublikaçılar Ukrayna ilə bağlı mövqeyini yaxın 24 saatda açıqlaya bilər

Respublikaçılar Partiyasından olan amerikalı senatorların Ukraynanın gələcək maliyyələşdirilməsi və ABŞ ilə Meksika arasında sərhəddə nəzarətin gücləndirilməsi ilə bağlı mümkün razılaşmalara dair mövqeyi yaxın 24 saat ərzində çox güman ki, bəlli olacaq...

Poliqon xəbər verir ki, bunu Konqresin yuxarı palatasındakı hakim Demokratlar Partiyasının üzvü Kris Mörfi deyib.

"Düşünürəm ki, yaxın 24 saat ərzində respublikaçılar nəyəsə nail olmaq və ya siyasi səbəblərdən sərhəddə qarışıqlıq buraxmaq istədikləri ilə bağlı qərar verəcəklər", deyə parlamentari jurnalistlərə bildirib.

O əlavə edib ki, həmkarları ilə mümkün ikitərəfli razılaşma üçün əlaqə saxlamağa davam edir. Eyni zamanda, Mörfinin sözlərinə görə, bir çox respublikaçı senator razılığın əldə olunmasının tərəfdarıdır.

Qanunverici sövdələşməni istəməyən Respublikaçılar Partiyasının bir qrup nümayəndəsinə də diqqət çəkib. Mörfi deyib ki, parlamentariləri bu mövqeni tutmağa inandıran keçmiş prezident Donald Tramp olub.

Mörfi sonda aydınlaşdırıb ki, Ukraynaya hərbi yardım və ABŞ-Meksika sərhədində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında qanun layihəsinin mətni demək olar ki, hazırdır. Bununla belə, demokrat senator jurnalistlərin Respublikaçılar Partiyasının bəzi üzvləri təşəbbüslə razılaşmaqdan imtina edərsə, parlamentin yuxarı palatasında sənədin qəbulu üçün kifayət qədər səsin olub-olmayacağı sualına cavab verməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Ən çox oxunanalar