Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Bakı Vaşinqton görüşünü təxirə saldı... - Səbəb?

Azərbaycan tərəfinin xahişi ilə iyunun 12-nə Vaşinqtonda təyin edilmiş Ceyhun Bayramovla Ararat Mirzoyan arasında müzakirələrin növbəti mərhələsi təxirə salınıb...

Politoloq: “Bəzi məsələlərdə detalların dəqiqləşdirilməsi aparılır. Eyni zamanda bu təkcə xarici işlər nazirləri səviyyəsində veriləcək qərar deyil. Məsələləri liderlər səviyyəsində də razılaşdırmaq lazımdır”.

“Nəzərə almaq lazımdır ki, bizim qarşımızda Ermənistandır və qərara alma prosesində onların qəti mövqeyi o qədər də hiss edilmir”.

Bu sözləri politoloq Samir Hümbətov Azərbaycan tərəfinin Vaşinqton görüşünü təxirə salmasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın bildirib ki, Azərbaycan tərəfinin xahişi ilə iyunun 12-nə Vaşinqtonda təyin edilmiş Ceyhun Bayramovla Ararat Mirzoyan arasında müzakirələrin növbəti mərhələsi təxirə salınıb. Bu xəbəri şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbaut İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, AzərbaycanErmənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Bəs Azərbaycan hansı səbəbdən danışıqların təxirə salınmasını istəyib. Bu məsələdə ABŞ-ın vasitəçilik mövqeyində hansısa dəyişikliyin olması rol oynaya bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Danışıqlar prosesi və sülh məsələsi asan məsələ deyil. Onun detallarının müzakirəsi uzun müddət çəkir”.

Bu günə qədər əldə olunan razılaşmanın qorunub saxlanılması önəmli olduğunu qeydedənpolitoloq Poliqon-a açıqlamasında bildiribki., əgər müzakirələrin detalları nəticə verəcəksə, bu zaman uğurlu sonuc əldə oluna bilər.

“Birinci xəbər verildi ki, AzərbaycanErmənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünü Ermənistan tərəfindən təxirə salınıb. İndi isə görüşün təxirə düşməsini Azərbaycan tərəfinin istədiyi bildirildi. Görünür müzakirə olunacaq hansısa məsələlərdə dəyişikliklər olacaq və buna görə də müzakirələr gedir.

Hər bir halda danışıqlar prosesi və sülh məsələsi asan məsələ deyil. Onun detallarının müzakirəsi uzun müddət çəkir. Nəzərə almaq lazımdır ki, bizim qarşımızda Ermənistandır və qərara alma prosesində onların qəti mövqeyi o qədər də hiss edilmir. Bu baxımdan düşünürəm ki, bəzi məsələlərdə detalların dəqiqləşdirilməsi aparılır. Eyni zamanda bu təkcə xarici işlər nazirləri səviyyəsində veriləcək qərar deyil. Məsələləri liderlər səviyyəsində də razılaşdırmaq lazımdır.

Samir Hümbətov: “Hər halda görüşün təxirə salınması bəzi qaranlıq qalan detalların razılaşdırılması ilə bağlıdır”.

Həmçinin bu məsələdə Vaşinqton öz vasitəçilik missiyasını daha da dərinləşdirməyə və gücləndirməyə çalışır. Görürük ki, ABŞ bir tərəfdən bu məsələləri Ermənistanla ayrıca müzakirə edir. Eyni zamanda ABŞ məsələləri Azərbaycanla da ayrıca müzakirə edir. Üstəlik, məsələlər üçlü görüşlərdə də müzakirə olunur.

Düşünürəm ki, bu günə qədər əldə olunan razılaşmanın qorunub saxlanılması önəmlidir. Əgər müzakirələrin detalları nəticə verəcəksə, bu zaman uğurlu sonuc əldə oluna bilər. Bu baxımdan düşünürəm ki, hər halda görüşün təxirə salınması bəzi qaranlıq qalan detalların razılaşdırılması ilə bağlıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Polşa klubunun futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Ən çox oxunanalar