Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ravvin Yaxın Şərqdə Rusiyanın təcrübəsindən istifadə etməyə çağırıb

Rusiyanın baş ravvini Putini müdrikliyinə görə tərifləyib və Yaxın Şərqdə Rusiyanın təcrübəsindən istifadə etməyə çağırıb...

Poliqon xəbər verir ki, çərşənbə günü Vladimir Putinlə əsas dinlərin nümayəndələri arasında keçirilən görüşdə Rusiyanın baş ravvini Berel Lazar dövlət başçısını “müdrik prezident” adlandırıb və Rusiya təcrübəsinin Yaxın Şərqdə “yaxşı nümunə” olacağına ümid etdiyini bildirib.

Lazar bəyanatını Moskvanın ərəb-İsrail münaqişəsinin həllinə əsas oyunçulardan biri kimi qoşulmağa çalışdığı bir vaxtda verib.

Sitat: “Biz burada Rusiyada olanı nümunə götürə bilərik. Rusiyada Xristianlar, müsəlmanlar, yəhudilər, buddistlər, bütün dinlər, bütün xalqlar arasında sülh var. Əslində bu, bütün dünya üçün bir nümunədir. Biz niyə burada dost ola bilərik, həqiqətən bir-birimizə kömək edə bilərik, birlikdə sevinə bilərik, amma dünyanın başqa yerlərində bu mümkün deyil. Cavab sadədir. Burada bizim müdrik prezidentimiz var”, deyə Berl Lazar bildirib.

Lazar çıxışında qeyd edib ki, Rusiyada, Allaha şükür, terrorçularla da çox sərt davranırlar və ümid edib ki, Rusiya təcrübəsi Yaxın Şərqdə və oxşar problemlərlə üzləşən digər regionlarda yaxşı nümunə olacaq:

Rusiyada, Allaha şükür, terrorçularla da çox sərt davranırlar. Və nəticə göz qabağındadır. Ona görə də mən həqiqətən ümid edirəm ki, Rusiya təcrübəsi Yaxın Şərqdə və təəssüf ki, oxşar problemlərlə üzləşən digər regionlarda yaxşı nümunə olacaq. Buna görə bir daha çox sağ olun. Və Allah sizə... problemi həqiqətən həll etmək üçün güc versin və beləliklə, Yaxın Şərqdə və Allahın köməyi ilə bütün dünyada sülh olsun”, deyə ravvin çıxışını yekunlaşdırıb.

“Bizim fundamental dəyərlərimizə diqqət yetirdiyiniz üçün sizə də təşəkkür edirəm”, deyə Putin cavabında bildirib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra Rusiya Fələstin tərəfdarı mövqe tutub və Putin artan münaqişənin əsas oyunçularını, o cümlədən İran, Fələstin, Misir prezidentləri və İsrailin Baş nazirini sülhə çağıraraq problemin həllinin iki dövlət prinsipi ilə mümkün olduğunu bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Bu maşınları almaq istəyənlər üçün vacib dəyişiklik

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay