Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rauf Arifoğlu son durum haqda açıqlama yaydı: “Gərginlik...”

“Deputatlığa namizəd olduğum 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri MSK tərəfindən açıqlanmayıb. Buna səbəb kimi həmin dairədən şikayətlərin olması göstərilir”...

Bu sözləri 35 saylı üçüncü seçki dairəsindən deputatlığa namizəd “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib.

O, qeyd edib ki, MSK sədri Məzahir Pənahov mətbuat konfransında bu şikayətlərə həssaslıqla baxılacağını deyib: “Bəlkə də heç bir əsası yoxdur, bəlkə də hansısa addım atılmalıdır. Bizim dairədən başqa, daha bir neçə seçki dairəsində də analoji vəziyyət haqqında məlumat yayılıb. Ümumilikdə 8 dairə”.

R. Arifoğlu daha sonra əlavə edib ki, seçki onminlərlə insanın seçici olaraq rol aldığı, tərəflərə bölündüyü nəhəng siyasi hadisə olduğundan gərginlik, çəkişmə, mübahisə gözləniləndir.

“O cümlədən də şikayətlər. Biz də seçkinin gedişatına dair rəqibimizin qanunsuz əməlləri və saxtakarlıqları barədə şikayətlər vermişik. Lakin biz özümüzə və qələbə əldə etdiyimizə inanırıq. Seçki qərargahımızdakı məlumatlar göstərir ki, mən ən yaxın rəqibimi bir neçə min səs fərqi ilə üstələmişəm. Biz bu nəticə üçün gecə-gündüz, soyuq-qar demədən, çalışdıq! Dürüstlüyümüzə, əvvəldən sona qədər, bütün prosesi şəffaf və halal apardığımıza əminik. Buna görə də hər hansı araşdırma bizim maraqlarımıza uyğundur.

Belə bir addım qələbəmizin legitimliyini daha da möhkəmləndirəcək. Ona da əminəm ki, ən qısa zamanda hər şey aydınlaşacaq, haqq etdiyim qələbə rəsmiləşəcək, daha da legitimləşəcək və həm minlərlə narahat seçicim, həm dostlar sevinəcək”, - deyə Rauf Arifoğlu vurğulayıb.

pia.az


Etiket: Rauf Arifoğlu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar