Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev və Fuad Ələsgərov general Patruşevlə görüşdə

Dünən xəbər verdiyiMİZ kimi, Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində təhlükəsizlik məsələlərini kurasiya edən dünya dövlətlərinin nümayəndələrinin VII beynəlxalq görüşü keçirilir. Foruma dünyanın 70-dən çox ölkəsinin təmsilçiləri gəlib


Çeçenistan aşçısının və hökumətinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, tədbir iştirakçıları arasında Təhlükəsizlik şuralarının katibləri, nazirlər, prezident köməkçiləri və milli təhlükəsizlik üzrə nazirlər, xüsusi xidmət orqanlarının rəhbərləri var.

Azərbaycanı konfransda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təmsil edirlər.

Rusiya Təhlükəsizlik Şurasının nümayəndə heyətinə katib Nikolay Patruşev başçılıq edir.

İki gün ərzində forum iştirakçıları ekstremizm və terrorçuluğa qarşı mübarizə, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması, miqrasiya prosesləri, beynəlxalq informasiya təhlükəsizliyi sisteminin yaradılması məsələlərini müzakirə edəcəklər.

Təhlükəsizlik şuralarının nümayəndələrinin görüşləri çərçivəsində Nikolay Patruşev Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə də görüş keçirib.

Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həm də Azərbaycan Təhlükəsizlik Şurasının katibidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar