Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Quluzadə İsrail səfiri ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən APA-ya verilən məlumata görə, baş tutan görüşdə ölkələrimiz arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu il keçiriləcək “Bakutel-2020” Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində İsrail şirkətlərinin iştirakı, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı səfərlər və bilik mübadilləsi əsas müzakirə mövzuları olub.

Bildirilib ki, “İnnoweek-İnnovasiya həftəsi” çərçivəsində keçirilən tədbirlərdə İsrail nümayəndələri fəal iştirak ediblər.

Nazir Ramin Quluzadə ölkəmizin əməkdaşlığa açıq olduğunu və sahə üzrə İsrail təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.

Səfir Corc Dik əməkdaşlığın inkişaf etdirilməsi üçün İsrail tərəfinin maraqlı olduğunu bildirib.

pia.az

 


Etiket: Ramin Quluzadə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar