Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Musayev "Neftçi" - "Qarabağ" matçından danışdı, azarkeşlərdən üzr istədi

"Çempionatla bağlı gərgin nəsə görmürəm. Ancaq Premyer Liqamız maraqlı keçir və şükürlər olsun ki, maraqlı da bitəcək".

"Report"un məlumatına görə, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu barədə danışarkən deyib.

O, həm qızıl, həm də bürünc medal üçün mübarizənin hələ də davam etdiyini xatırladıb: "Bu da çempionatın ədalətli keçməsindən xəbər verir. Güclü tərəf qalıb gəlsin. Vacib olan odur ki, bizi Çempionlar Liqasında və avrokuboklarda təmsil edən komandalar əvvəlki kimi azarkeşləri sevindirsin".

Musayev qarşılaşma haqqında proqnoz vermək istəmədiyini söyləyib: "Bu, futboldur. Stadion düz, top isə yumrudur. Kim güclüdürsə, o da qalib gələcək. Sözsüz ki, maraqlı oyun olacaq. Azarkeşlərdən üzr istəyirəm. Biz onlara tribunadan matçı izləməyə şərait yarada bilmirik. Ancaq televiziya vasitəsi ilə baxacaqlar. Məcburuq, biz bu yola getməliyik. İnsanların vəziyyətini düşünməliyik. Koronavirus bütün dünya üçün bəladır. Hamımız buna qalib gəlmək üçün lazım olan addımları atmalıyıq. Bu səbəbdən bu mövsüm üzürlü saysınlar. İnanıram ki, növbəti mövsümdə hər şey daha yaxşı olacaq".

PFL rəhbəri Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 1-dək karantini uzatdığını xatırladıb: "Sizlərin vasitəsilə həmin qurumlara minnətdarlığımızı bildiririk ki, ən azından çempionatı keçirməyə imkan verdilər və maraqlı çempionat alınıb".

Musayev "yeni mövsümdən Azərbaycan Premyer Liqasında daha çox komanda iştirak edə bilərmi" sualına isə belə cavab verib: "Həyatda hər şey ola bilər. Düşünürəm ki, əgər I Divizion təmsilçiləri lisenziya ilə bağlı göstəricilərə əməl etsəydilər, nəsə iş görmək mümkün idi. Bir dəfə mənə sual verdilər ki, Ramin müəllim, "Xəzər Lənkəran" komandası qayıtsa, onlar hansı çempionatdan başlayacaqlar? I Divizionda, ya əsas dəstədə? Mən dedim ki, qanunla I Diviziondan başlamalıdır. Ancaq mən o öhdəliyi öz üzərimə götürürəm, qanun pozuntusuna yol verərəm, ancaq kömək edərəm ki, "Xəzər Lənkəran" mübarizəyə Premyer Liqadan başlasın. Təki klublarımıza normal sponsor tapılsın. Yəqin ki, ondan sonra nəsə əldə etmək olar. "Xəzər Lənkəran" qayıdsa, Premyer Liqada olacaq. Həmişə sözümüz qüvvədədir".

Qeyd edək ki, mayın 19-da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:30-da start götürəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - Yenilənib

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Həcc ziyarətində faciə: 14 zəvvar öldü, 17 nəfər axtarılır

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşa zirvəsinə hazırlığı müzakirə ediblər

Fransada növbədənkənar seçki kampaniyası başlayıb

50 yaşa çatmadan ölən azərbaycanlı jurnalistlər

Bəzi rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Putinin Şimali Koreyaya səfərinin vaxtı məlum olub

Ən çox oxunanalar