Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Usubov veteranlarla görüşdü


Nazir veteranlara hər cür diqqət və qayğı göstərildiyini vurğulayıb


Faşizm üzərində qələbənin 70 illik yubileyi ərəfəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1941-1945-ci illər müharibəsinin iştirakçıları olan polis veteranları ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, nazir bu əlamətdar tarixin hər yerdə yüksək səviyyədə qeyd olunduğunu bildirib. Müharibə illərində həmvətənlərimizin ön və arxa cəbhədəki böyük fədakarlığından və qəhrəmanlığından danışıb. Nazir məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra 9 Mayın müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil edildiyini, cəmiyyətin ən dəyərli üzvləri kimi veteranlarımıza hər cür diqqət və qayğı göstərildiyini vurğulayıb.

Ümummilli liderin layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də müharibə iştirakçılarına hər zaman həssas və qayğıkeş münasibətini qeyd edən Ramil Usubov DİN rəhbərliyinin polis veteranlarının ehtiyacları ilə daim maraqlandığını, problemlərinin həllinə yardımçı olmağa çalışdığını diqqətə çatdırıb.

Daxili işlər naziri əlamətdar bayram münasibətilə veteranları ürəkdən təbrik edib, onlara cansağlığı arzulayıb, ən xoş arzularını bildirib. O, müharibə veteranlarının mənalı həyat yolunun və zəngin təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına örnək olduğunu, onların vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlığının, əzmkarlığının unudulmayacağını qeyd edib.

Nazir con illər möhtərəm Prezidentimizin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində böyük quruculuq işlərinin görüldüyünü xatırladıb. Eyni zamanda, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin əyani göstəricisi olduğunu vurğulayıb. General-polkovnik Ramil Usubov sözügedən tədbirin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunmuş daxili işlər orqanlarının qarşıya qoyulan bütün məsul vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

İstefada olan milis polkovniki Müseyib İlyasov iştirakçılar adından çıxış edərək bu görüşə və ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Ən çox oxunanalar