Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qvatemala-Meksika sərhədində gərginlik: İki min əsgər yerləşdiriləcək  

Mərkəzi Amerika ölkəsi Qvatemalada mütəşəkkil cinayətkar qruplar tərəfindən polis əməkdaşlarının öldürülməsindən sonra Meksika sərhədinə 2 min nəfərdən ibarət təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi qərara alınıb...

Bununla bağlı ölkənin silahlı qüvvələrindən açıqlama verilib.

Açıqlamada son vaxtlar Qvatemalanın Meksika sərhədində cinayətkar fəaliyyətlərin artdığı və narkotik ticarəti ilə məşğul olan qruplaşmaların təhlükəsizlik qüvvələrinə hücumlar təşkil etdiyi bildirilib.

Hücumlar zamanı 5 Qvatemala polisinin həyatını itirdiyi xatırladılıb və təhlükəsizliyin təmin edilməsi üçün Meksika sərhədinə 2 min əsgərin göndəriləcəyi qeyd edilib.

Eyni zamanda bir müddətdir Meksikanın Çiapas əyalətinin Qvatemala sərhədində Sinaloa karteli ilə Jalisko karteli arasında şiddətli qarşıdurmaların yaşandığı nəzərə çatdırılıb.
Toqquşmalar səbəbi ilə Meksikanın Motozintla şəhərində yaşayan sakinlərin sərhədi keçərək Qvatemalaya sığındıqları da iddia edilib.

Qeyd edək ki, Qvatemala-Meksika sərhədi həm narkotik qaçaqmalçılığı, həm də qeyri-qanuni immiqrantların tranzit marşrutu olduğuna görə kartellər üçün strateji əhəmiyyət kəsb etməsi ilə tanınır(Haber Global)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay