Cümə axşamı, 06 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quş qripi ilə bağlı monitorinqlərə başlanıldı - AQTA  

Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə epizotoloji monitorinqlərə başlanılıb...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Yeni Sabah"a verilən məlumata görə, monitorinq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının və Bərdə, Sabirabad, Quba və Lənkəran regional sınaq laboratoriyalarının, Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının əməkdaşlarının iştirakı ilə keçirilir.

Çöl quşları arasında monitorinqlər Abşeron yarımadasını, Şabran, Ağcabədi, SalyanLənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarını əhatə edəcək. Həmin ərazilərdən toplanılan çöl quşlarının nümunələri Milli park ətrafında qurulan çadır tipli biotəhlükəsizlik səhra laboratoriyasında müayinə olunacaq. Müayinələr spesifikliyi yüksək və təsdiqləyici metod sayılan Polimeraz Zəncirvari Reaksiya ilə həyata keçiriləcək.

Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, LənkəranAğcabədi rayonlarındakı həyətyanı təsərrüfatlarda saxlanılan müxtəlif növ quşlardan toplanan nümunələr biotəhlükəsizlik səyyar laboratoriyasında müayinə ediləcək.

pia.az


Etiket: AQTA quş qripi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qalstanyan aksiyalarından yararlanaraq sülh sazişindən qaça bilər?

Ali Məhkəmənin hakimi nazir müavini təyin edildi

AZAL-ın biletləri qonşulardan niyə bahadır? – Yeni prezident Samir Rzayevin paralel dünyası…

Xəzərin suyu çəkildi - Sumqayıt tərəfdən elə şeylər aşkarlandı ki ... - Video

“Azərlotereya”ya bu qədər “toçka” açmağa kim və necə icazə verir? – Dövlət çətiri altında özbaşınalıq…

Rus deputat: Niderlanda nüvə zərbəsi endirək, Avropa diz çökəcək

COP29 Könüllülük Proqramına qeydiyyat başa çatıb - Yenilənib

Ağdamda altı yaşayış binasının tikintisinə başlanılır

Mikayıl Müşfiqin olduğu iddia edilən qalıqlar üzərində analiz yekunlaşdı

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt məlum olub

Ən çox oxunanalar